Bir ay yemək yeməyəcək

VKontakte sosial şəbəkəsinin və Teleqram messencerinin təsisçisi Pavel Durov bir ay müddətinə qida qəbulundan imtina etməyə qərar verib.
Bu barədə Durov özünün Teleqram kanalında informasiya yayıb.
Durov son 6 gün ərzində qida qəbulunu tamamilə dayandırıb və yalnız su içməklə kifayətlənir. O, bu təcrübəni bir aya qədər uzatmaq niyyətindədir.
Durov sözügedən təcrübənin düşüncə tərzinə müsbət təsir göstərdiyini və bu müddət ərzində layihələri ilə bağlı yeni ideyalara imza atacağına ümid etdiyini qeyd edib.

Yeganə