Bir milyon qazancını evsiz ailələrə verdi

1334102

Dünyaca məşhur aşpaz Nusret Gökçə restoranlarından gələn bir günlük qazancı Türkiyənin Elazığ bölgəsində zəlzələdən sonra evsiz qalan ailələrə bağışlayıb.

XALQ.AZ xəbər verir ki, onlarla şöbəsi olan “Nusret” ət restoranlarından bir günə 1 milyon 22 min lirə (təxminən 292 min 246 manat) gəlir əldə edilib. Qazancın hamısı ailələrə verilib.

Qeyd edək ki, fəlakət 24 yanvar tarixində baş verib. 6,7 bal gücündəki zəlzələ nəticəsində 44 nəfər ölüb, 1607 nəfər yaralanıb.