Birinci vitse-prezident məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlini qoydu

 

Mayın 30-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərq hissəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

XALQ.AZ  xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib, kompleksin təməlini qoyub.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər
.