Birinci vitse-prezident: “Ümumi sərvətimizi qorumalıyıq”

Son günlər Bakıda Süleyman Rüstəm küçəsində yerləşən malakanların dua evi ətrafında yaranan situasiyaya Azərbaycanın I Vitse prezidenti Mehriban xanım Əliyeva münasibət bildirib.

XALQ.AZ I Vitse Prezidentin instagram səhifəsindəki paylaşımın mətnini olduğu kimi təqdim edir:

“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz- ümumi evimiz kimi qorumalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.