“Biz dövlətin ticarətlə məşğul olmasını istəmirik”

Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar”.
Xalq.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı “Azərsun Holding”in prezidenti Abdulbari Gozal deyib.
Onun sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz: “Biz dövlətə ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyirik”
Holdinq rəhbəri Azərbaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu deyib. Və öz təcrübəsindən misal gətirib: “Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.