“Biz Sizinlə fəxr edirik, cənab Prezident!”

arif rustemov

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov rəhbərlik etdiyi kollektivin adından Prezident İlham Əliyevə müraciət edib.

XALQ.AZ həmin müraciəti təqdim edir:

Möhtərəm cənab Prezident!

Azərbaycan dövləti Sizin rəhbərliyiniz altında iqtisadi və siyasi cəhətdən daha da inkişaf edərək dünya birliyi arasında öz yerini getdikcə möhkəmləndirir. Sizin, eləcə də Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycan ildən-ilə daha da qüdrətlənir, insanların maddi rifah halı yüksəlir. Xalqımız beynəlxalq, iqtisadi, ordu quruculuğu, təhsil, səhiyyə və digər sahələrdə Sizin gərgin əməyinizi görür və yüksək qiymətləndirir, öz Prezidentini inam və etimadı daha da artır.

Rəhbərliyiniz altında ordu quruculuğu sahəsində görülmüş işlər, həyata keçirilən tədbirlərin nəticəsidir ki, müasir silah-sursat, döyüş texnikası, şəxsi heyətin sayı və döyüş əzmi baxımından ən yüksək səviyyədir və bu gün Silahlı Qüvvələrimiz dünyanın aparıcı 50 ordusu sırasında yer almışdır. Bunun nəticəsidir ki, bir neçə gün öncə Tovuz rayonu istiqamətində düşmənin törətdiyi növbəti təxribat da Şanlı Aprel döyüşlərində olduğu kimi erməni silahlı qüvvələrinin daha bir acı məğlubiyyətə uğraması ilə başa çatdı.

Dünyanı öz ağuşuna almış COVID-19 pande¬miyasına qarşı mübarizədə biz Sizin diqqət və qayğınızın bir daha əyani şahidi olduq. Əhalinin sağlamlığını qorumaq bu gün torpaqlarımızı qorumaq qədər dəyərləndirərək ölkəmizdə pandemiyanın yayılmasının qarşını almaq üçün bütün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilmiş və bu proses davam etməkdədir.

Bu həssas, ölümcül xəstəlik və xain düşmənin təxribatları ilə mübarizə apa¬rıldığı bir zamanda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirdiyi bir dövrdə təəssüf hissi ilə bildiririk ki, bəzi məkrli dairələr insanlarımızın, əsas etibarilə gənc vətənpərvərlərin Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdiyi yürüşdən sui-istifadə etmələrini kəskin şəkildə pisləyir, dövlət maraqlarına və milli mənafelərə da¬ban-dabana zidd olan belə pozucu hərəkətlər hazırkı həssas məqamda düşmən dəyirmanına su tökmək kimi qiymətləndiririk.

Möhtərəm Cənab Prezident!

Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, tələbələr Sizin apardığınız daxili və xarici siyasəti bütün varlığı ilə dıəstəkləyir, dövlətimiz və dövlətçiliyimiz yolunda apardığınız böyük miqyaslı işlərdə Sizə uğurlar arzu edirik.