“Millətimiz birdir, bərabərdir, iradəlidir” – Virse-spiker

faz

“Bəzi ağzıgöyçəklər belə fikir yaratmışdılar ki, müharibə başlayan kimi Azərbaycanın içərisində çaxnaşma baş verəcək. Halbuki, bu xalq, bu millət birdir, bərabərdir, iradəlidir, torpaqsevərdir və sonuna qədər qətiyyətli mövqeyini ortaya qoyacaq”.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxış edən vitse-spiker Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildir ki, ATƏT-in Minsk qrupunun məsləhətini yerinə yetirir:

“Nə deyirdilər? Deyirdilər ki, özünüz danışın. Amma necə danışırıq?! Qananı sözlə, qanmayanı güclə. Biz güc dilində danışırıq. Haqq bizim tərəfimizdədir. Biz iradə nümayiş etdiririk. Bu da dünya ictimaiyyətində bizi sevməyənləri vahiməyə salıb. O cümlədən də Fransanı”.