“Bizim minlərlə müraciətimizin cavabsız qalmasının saymamazlığı kimədir?”

Sumqayıt şəhər sakinləri Füzuli Quliyev və Şiralı Əsgərov 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda – ümumilikdə 225 min manatdan çox zərərə düşümlər (Şiralı Əsgərov-170 min, Füzuli Quliyev 55 min manat). Onların 6 ildir şikayətinə məhəl qoyan yoxdur, eləcə də zərərləri ödənilmir.
Onların Tia.az-ın elektron poçtuna göndərdikləri şikayət məktubunu təqdim edirik:

“Biz Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda – ümumilikdə  225 min manatdan çox  zərərə düşmüşük.(Şiralı Əsgərov-170 min, Füzuli Quliyev 55 min manat)

Bizə  dəyən zərərin miqdarı rəsmən məhkəmə tərəfindən təsdiqlənsə də ,zərəri ödəməli olan tərəf -“Karvan”ın rəhbəri- Kamil Əhədov  bizə dəyən  zərəri  6 ildir ki, min bir bəhanə ilə ödəmir.

Qeyd edək ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş  vermiş  yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb.Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İsməli Bayramovun barəsində cinayət işi başlanmışdır.

O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov  (2016-cı ildə  dünyasını dəyişib)bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.Amma  dediyimiz kimi bizə 1 qəpik də pul verilməyib. Halbuki biz  neçə illərdir  müqavilə əsasında fəaliyyət göstərmişik, “Karvan”ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz  də var.

 

Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra onun yerinə “Karvan”ın  icraçı direktoru vəzifəsinə  oğlu  Kamil Əhədov keçib.

Yanğın baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam edib.

9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub.

9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu  arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. İ.Bayramovun sonradan dedyinə görə bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının  qanunsuz olaraq  4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur? .

 

Belə ki, məhkum  İ.Bayramov  həbsxanadan  2016-cı il noyabrın 10-da Ali Məhkəməyə  müraciət  edərək   xahiş edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin  20 may 2016-cı il tarixli qərarından (bu qərarla o 5 il  6 ay azadlıqdan məhrum edilib)işin yeni məhkəmə baxışına  qaytarılmasına dair qəbul edilsin. Ali Məhkəmənin  hakimi İnqilab  Maşallah oğlu Nəsirovun sədrliyi ilə 16 fevral ,2017-ci il tarixində keçirilən  məhkəmə kollegiyası da   kassasya şikayətini  “qismən”təmin edərək  daha  işin yeni məhkəmə baxışına  qaytarılması haqda yox,gülməli  və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda  qərar verib,onu demək olar ki,azadlığa buraxıb.Halbuki, məhkum heç bunu xahiş  edib istəməyib…

Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik.

Dəhşətli haldır ki,biz bu barədə hörmətli prezident İlham Əliyeva yüzlərlə,hətta 1000-lərlə şikayət məktubu yazsaq da bizə indiyəcən bir dəfə də olsun cavab gəlməyib.

Fikrimİizcə bu 5 il ərzində bizim ölkə başçısına  ünvaladığımımız  yüzlərlə rəsmi şəkildə məktuba, ərizəyə,teleqrama ona görə cavab gəlmir ki,onlar  ünvanına çatmır.

Bu şikayətlər çox güman kənara qoyulur və ya onların  çatmasına imkan vermirlər,qoymurlar.Çünki əks halda mən inanıram ki, ən azından problemimizlə bağlı  prezidentə, birinci xanım,vitse-prezident Mehriban Əliyevaya ünvanladığımız müraciətlərə mütləq cavab gələrdi.

Biz deputatlar aidiyyatı qurumlara ,məsul məmurlara  yüzlərlə  müraciət etmişik. Amma bütün bu müraciətlər cavabsız qalıb,ya da deyilib ki, araşdırılacaq  və ya yönlədirilir harasa ,amma sonda heç bir müsbət nəticə olmur.

Bu işlə bağlı  müraciət etdiyimiz şəxslərin siyahısı: Millət vəkililəri  Qənirə Paşayeva,Əli Hüseynli,Elmira Axundova  ,Yevda Abramov, spiker Oqtay Əsədov, Milli Məclis sədrinin müavini Bahar Muradova , Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Sumqayıtdan seçilən millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, , Baş Prokurorun birinci müavini  Rüstəm  Usubov, Sumqayıt prokuroru Sərdar İmanov,ombudsman Elmira Süleymanova…

Bu hələ biz  problemimizlə bağlı müraciət etdiyimiz  dövlət adamlarının tam siyahısı deyil.

Bundan artıq vətəndaş olaraq biz nə etməliyik?!Daha kimə şikayət etməliyik?! Keçən ilin,iyunun 4-də məhz öz haqqımızı tələb etmək uğrunda bizimlə bu mübarizdə 5 ildən çox xəstə-xəstə mübarizə aparan ,xərçəng,şəkər xəstəsinə çevrilən ,xəstə-xəstə Sumqayıt icra hakimiyyətinin binasının qabağında səhər saat 10-dan axşam demək olar ki,19:00-can,10 saatdan çox icra hakimiyyətinin ya qəbul şöbəsində,ya da çölündə dayanan,dəfələrlə saatlarla Prezident Prezident Administrasiyasının qabağında gözləyən Dilavər Abdullayevanın(100 min ziyan dəyib ona yanğında) vəziyyəti pisləşdi və koma vəziyyətinə düşərək vəfat etdi.

Biz axı sahibkar kimi biznesimizi düzgün qurmadığımza görə yox, ”Karvan”ın rəhbərliyinin günahı üzündən zərərə düşmüşük.

Sığortadan əlavə rəhbər şəxs olaraq  “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC-nin rəhbəri Ağamirzə Əhədov, onun oğlu Kamil Əhədov bilavasitə yanğın nəzarətinə tam məsuliyyətsiz  yanaşıblar,heç bir təhlükəsizlik tədbiri görməyiblər.

2016-cı il, dekabrın axırında  Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər,sizin pul ödənilməlidir.

2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi.  Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,halaliq olmalıdır,” mənə  bir az vaxt verin bu məsələni araşdıraram”,amma  şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.

Bundan sonra  baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə  Zakir Qaralov  şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə  dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni  ödənilsin.

Kamil Əhədova icra hakimiyyətində bizimlə axırıncı görüşdə dedi ki:”Hara istəyirsiz şikayət edin,onsuz da xeyri yoxdur,mən sizə pul-zad verən deyiləm,mənə heç kim heç nə edə bilməz, nə bacarırsız,hara şikayət edirsiz edin,hamısı boş şeydir,məhkəmə qərarı var, vəssalam. Hələ məndən  nə qədər yazırsız mətbuatda…”

Xatırladaq ki, Prezident Administrasiyasına , Sumqayıt icra hakimiyyətinə çoxsaylı get-gəldən ,tələblərimizdən sonra icra başçısı Zakir Fərəcov axır ki,keçən il martın 12-də səyyar qəbul-görüş çərçivəsində bizi qəbul etdi. Görüşdə Zakir Fərəcova bizim üçümüzü də dinlədi və müavini, Fəzail Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir və bu barədə yazılı göstəriş də verdi.

 

Birinci görüşdə icra başçısı Zakir Fərəcov hətta məsələ ilə tanış olub icra hakimiyyətinin hüquqşünasına dedi ki,”sığorta məsələsini kənara qoyun,bu adamların pulunu vermək lazımdır”.

Bir sözlə icra başçısı bizi ümidləndirdi ki,məsələ  müsbət həllini tapacaq.Amma sonradan bizə aydın oldu ki,bu sadəcə bir oyun imiş.Sadəcə olaraq bizi-get-gələ salaraq, “prezident seçkidən sonra gələrsiz ,sabah gələrsiz, filan günü gələrsiz “deyə-deyə vaxtı uzatdılar və axırda da çətinkilə  iyunun 22-də icra hakimiyyətinin binası qarşısında Zakir Fərəcova ayaqüstü uzadan söz deyərək, qabağını kəsib onunla 5-10 saniyə danışmağa müvəffəq olanda o bildirdi ki,”bu məsələ köhnə məsələdir,mənim dövrümdə olmayıb,mən nə bilim siz “Karvan”ı bu beş ildə nə iş görmüsüz,mən nə edə bilərəm?!

Gedin məhkəməyə müraciət edin” dedi. Halbuki bizimlə birinci görüşdə-səyyar qəbulda tamam başqa şey deyirdi. Sual olunur ki,əgər icra başçısı dediyi sözü əməl etməyəcəksə ,onda niyə bu 5 ay ərzində bizi ümidli saxlamışdı və əgər bu onun səlahiyətində deyildisə və bunu bacarmayacaqdısa,elə əvvəlcədən də deyərdi ki,”məhkəməyə müraciət edin, bizlik deyil”.

 

Halbuki bildiyimiz odur ki,icra başçısı şəhərə böyük söz sahibidir və real olaraq bir çox şeylərə təsir edə bilir.Bələ,ola bilsin bu işdə Zakir Fərəcovun Kamil Əhədovla qohum olması rol oynayır?(Kamil Əhədovla Zakir Fərəcovun qardaşı,deputat Nizami Fərəcov qudadırlar). Keçən il iyunun 30-u bizi həmişəki kimi  onun müavini Fəzail qəbul etdi və dediyimiz kimi Kamil Əhədovla görüşdürdü. İcra hakimiyyətində baş tutan görüşdə isə Kamil Əhədov kobud ifadələrlə bizi təhqir etdi,bizə qarşı şərəf və ləyaqəti alçaldan sözlər dedi,bizi yanan mallarımızın məbləğini şişirtməkdə ittiham etdi. Biz ondan fərqli olaraq insaflı olduğumuzdan dəyən zərərin heç də hamısını yox ,müəyyən miqdarını istəmişik.Ona bildirmişik ki,gücü çatan köməyi etsin.

Kamil Əhədov Fəzail Hüseynovun kabinetində ,icra hakimiyyətinin binasında Füzuli Quliyevə dedi ki”sənin nəslində bir kişi yoxdur sənə kömək etsin?!”.Biz onun bu haqsız danışığını cavablandırdıq və ona yanan malların məbləğinin heç də şişirtmədiyini ona sübut etdik.Dəhşət orasındadır ki,illərlə bu adama yerpulu verən biz,malları yanan,bunların ucbatından külli miqdarda ziyana düşən və bu səbəbdən çətin maddi duruma,mal yiyələrinə borclu qalan,devalvasiya nəticəsində itirən biz, amma bu adam çəkinmədən,ən azından insan kimi halmıza acımaq əvəzinə allahsızcasına bizi günahkar bilir,bizi ittiham edir. Bu adam kimlərəsə güvənib görün nə qədər arxayındır ki,bizə deyir ki,”canınız çıxaydı mallarınızı sığortalayardız”.Halbuki dediyimiz kimi mallarımızın təhlükəzsizliyinə o cavabdeh olub.
Bu barədə məhkənənin çıxartdığı qərar da var.

Bu aylar ərzində Fəzail Hüseynov bizi inandırmağa çalışırdı ki,bizim pulumuzun verilməsinə ən əsas Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün maneə törədir.

Bildirilirdi ki,”Karvan”ı qeyri-rəsmi,dövlət məmuru ola-ola qanunsuz olaraq idarə edən Mübariz Əhədovdur.Lakin icra başçısı ilə görüşən Mübariz Əhədov icra hakimiyyətinin binasında iyunun 22-si bizə dedi ki,”mənim adımı niyə mətbuatda hallandırırsız,ticarət mərkəzinin sahibi onun qardaşıdır,”gedin ona deyin,mənlik heç nə yoxdur,mənim “Karvan”a heç bir aidiyyatım yoxdur”.Biz hər dəfə Fəzail Hüseynovun qəbuluna düşmək üçün belə yüzlərlə dəfə ona zəng edib buna nail olmuşuq. Son aylaracan Zakir Fərəcovun köməkçisi,həm də deyilənə görə yaxın qohumu Yalçın Fərəcova zəng edərək icra başçısın qəbulun düşmək istəmişik.

Bütün bu maneələrdən,qarşılaşdığımız haqsızlıqlardan sonra bizə belə qənaətə gəlirik ki,bizi icra hakimiyyətində indiyəcən yola veriblər,yalançı vədlər veriblər.Əvəzində ikibaşlı oyun oynaraq qarşı tərəfə tərefkeşlik edilib. Fəzail Hüseynov sözdə bizim problemi həll etməyə çalışan kimi göstərsə də görünən odur ki,elə əvvəlcədən bizə qarşı qarşı tərəflə razılaşdırılaraq oyun oynalınılıb. Bu cür yanaşma ilə məmurlar vətəndaşları narazı salırlar.Bu da onu göstərir ki,onlar prezidentin xalqa xidmət etmək haqda məmurlara verdiyi tapşırıqlarına yerlərdə məmurlar məhəl qoymurlar.

Görünən odur ki,bizim halda, vətəndaş qəbul olunur ,necə ki,biz qəbul olunduq icra başçısı tərəfindən ,amma bu görüntü xarkteri,formal xarakter daşıdı.Yəni belə çıxır vətəndaşlarla səyyar görüşlər formal xarakter daşıyır,görüntü üçün edilir.Əgər bizim problem ,haqlı şikayətimiz həll olumayacaqsa,problemimiz həll onda bu qəbulun nə mənası var?Belə çıxır qəbul sadəcə ad olsun ki,”qəbul keçirildi” üçündür .

 

 

Bizim şikayətimiz Kamil Əhədovdan və bizim problemi  həll etməyən Baş prokurorluqdan, Prezident Administ rasiyasının məsul şəxslərindən,Sumqayıtın icra başçısı Zakir Fərəcovdandır.

Yönləndirirlər problemimizi baş prokurorluğa ,prokurorluq da deyir məhkəməyə verin.Halbuki məhkəmə olub və qərar çıxarıb.Karvanın yanması ilə bağlı qaldırılan cinayət işində məsuliyyətə ilk növbədə Kamil cəlb olunmalı idi.Bunlar isə İsməini cinayət məsuliyyətinə cəlb etdi.Sumqayıt şəhər məhkəməsi ona 4 il 6 ay iş kəsdi.Ora-bura şikayimizdən sonra Apellyasiya Məhkəməsi ona 5 il 6 ay iş verdi.Ali Məhkəmə isə onu buraxdı. “Karvan” isə İsməlini qabağa verib.Bizə dəyən ziyan İsməlinin boynunda qaldı.”Karvan”ın yanmasında əsas səbəbkar  Kamildir.

Bu yaxınlarda deputat məsələ ilə bağlı Zahid Oruca müraciət etdik,amma bunun da xeyri olmadı.Bəs  biz vətəndaş olaraq daha kimə müraciət etməliyik?! Bu işdə cinayət tərkibi var və Baş prokurorluq həm prosesdə olan qanunsuzluqlarla bağlı,həm də ziyanın ödənilməsi ilə bağlı cavabdeh şəxslərə qarşı cinayət işi açmalıdır. Zakir Qaralov bizi qəbul edərkən işlə tanış olub bildirdi ki, məsələlə birmnənalı olaraq həll olunmalıdır,halalıq olmalıdır. Savadı olmayan,öz adını az qala yaza bilməyən bir şəxsi ticarət mərkəzinə məsul çəxs qoyublar.

Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevə müraciət etmişik,o da yönləndirib Baş prokurorluğa ,amma bir fayda olmayıb.Çünki baş prokurorluq qarşə tərəfi məhkəməyə verməyi tövsiyə edir.Amma məhkəmə qərarı var ki,zərər ödənilməlidir.Bundan başqa  açıq-aydıb gördük ki,məhkəmə  böyük imkanları olan Kamil Əhədova tərəfkeşlik edir və bizim –maddi vəziyyətimizin açıncaqlı olan vətəndaşların belə məhkəməyə yenidən müraciət etməsi mənasızdır.Eldar Nuriyevin şəxsi telefonuna da zəng etmişik,o da deyib ki,gözləyin, lazım olsa çağıracağıq.Lakin nə zəng edən ,nə də çağıran olmadı. Eldar Nuriyev də beləcə məsələmizə biganə yanaşmışdır.


Beləliklə məsələ yenə də öz həllini tapmadı,çoxsaylı şikayətlərimizlə bağlı rəsmilər tərəfindən heç bir  ölçü götürülmədi.Zakir Fərəcov isə sonda bizə dedi ki,mənim gücüm çatmır,mən nə etməliyəm?!Gedin nə istəyirsiz edin…Zakir Fərəcov da bizi belə  yola verdi.Biz görürük ki, prezident və vitce-prezident Birinci vitse-prezident Mehriban Əliyeva  imkansız insanlara maddi kömək göstərilər.Amma biz istəyirik ki,bizim hüququmuz təmin olunsuz və dəymiş ziyanı dövlətdən  yox,ucbatından ziyana düşdüyümüz adamdan sahibindən istəyirik.Biz cənab prezidentdən xahiş edirik bizə dəyən ziyanının tərəfindən ödənilməsi haqda göstəriş versin.Pulun mənbəyi məlumdur.Cinayət məcəlləsinin 7-ci maddəsində yazılıb ki,tərəflər barışarsa həmin ittihama cəlb olunan təqsirləndirilən şəxs cəzadan azad oluna bilər,amma barışıq olmayıb.Sonuncu  məhkəmə instansiyası-Ali Məhkəmə olduğu halda zərərçəkmiş şəxslərin şikayət ərizələri Ali Məhkəmədə hakimin qabağına qoyulub ki,onun buraxılmasını istəmirik,dəymiş ziyanı tələb edirik.Amma buna baxmayaraq    bizim ərizəmiz araşdırılmadı,qeyri-qanuni olaraq o azadlığı buraxılıb.Ali Məhkəmə qanunazidd qərar verib.İttiham aktında göstərilib ki,349 –cu maddəyə görə zərəçəkmişə dəymiş ziyan ödənməlidir,yalnız bunda sonra barış ərizəsi yaza bilər.Məhkəmə qərarında göstərilib ki,ekspertizanın gəldiyi nəticəyə görə Karvanın yanmasına səbəbkar İsməlidir.İsməlini də qeyri-qanuni əmrlərlə o vəzifəyə təyin edən Kamil Əhədovdur.O bir maşın adam yığdı apardı Ali Məhkəməyə ,özü də başqa-başqa adamalrı.Onlar da bildirdilər ki,bizim şikayətimiz yoxdur.İttihamı müdafiə edən prokuror ptotest etməyib buna.Prosesdə biz dəfələrlə qanunsuzluğu görüb buna etiraz etmişik.

Məmurlar tərəfindən bizə qarşı bu cür  laqeyd,haqsız münasibət göstərilir.Halbuki Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı da deyib Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Onlar yaddan çıxarmamalıdırlar ki, vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər:”Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir.

Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

Biz də bunu nəzərə alaraq öz haqqımızı tələb etməkdə davam edəcəyik və əgər problemimiz öz müsbət həllini tapmazsa Prezident Aparatınının qabağında etiraz edəcəyik”.

 

Füzuli Quliyev-(055) 642 42 69

Şiralı Əsgərov (050) 399 81 77

 

Orxan