Biznesmen nişanlısını döydü

 

59

23 yaşlı fotomodelin sosial şəbəkələrdə yayılmış fotoları hər kəsi şoka saldı
Moskvalı biznesmen Pavel Uşanov fotomodel nişanlısını döyərək tanınmaz hala salıb. ANS PRESS-in məlumatına görə, bir həftə əvvəl Aleksanra Seredinanın bir həftə əvvəl sosial şəbəkələrdə yayılan fotoları hər kəsi şoka salıb. Tanınmaz hala düşən 23 yaşlı fotomodelin fotoları bütün sosial şəbəkələrdə paylaşıldıqdan sonra, artıq hadisə ilə bağlı cinayət işi başlayıb.

Dostları tanınmaz hala düşən qızın fotolarının altına belə şərhlər yazıblar: “Saşanı görüşdüyü oğlan Pavel Uşanov qəddarcasına döyüb. Səbəb isə onun həddindən artıq sərxoş olması olub. Saşa xəstəxanaya düşüb”.

Dostlarının sözlərinə Aleksandra “Devino telekom” reklam şirkətinin yaradıcısı olan gənc biznesmenlə birlikdə yaşayıb. Onlar ad günündə tanış olublar və fotomodel tez bir zamanda Pavelin mənzilinə köçüb. Amma Saşa sevdiyi şəxsin alkoqola meyilli olduğunu görür və bir neçə dava-dalaşdan sonra ayrılmaq qərarına gəlir. Qızın Pavelə yazdığı “Mən səni tərk edirəm” sms-i isə az qala onun həyatı bahasına başa gəlir. Sms-i görüb qəzəblənən biznesmen hələ də mənzili tərk etməyə macal tapmamış Saşanı qəddarlıqla döyür.

Aleksandra Seredina polisə şikayət ərizəsi ilə müraciət etsə də, dostları qızın qorxduğundan xəbər tutub, onun tanınmaz hala düşdüyü fotolarını internetdə yayırlar. İndi isə beznesmen Pavel Uşakov Saşanın dostlarının ondan 30 milyon rubl və “Porşe Caenne” tələb etdiklərini bəyan edib.

Biznesmenin vəkili müştərisinin zərərçəkmişə 5-10 milyon rub ödəməyə hazır olduğunu bildirib.