Biznesmen oğlunu ölkədən qaçırtdı?

14

 

«Körpü-Bina Tikinti MMC»-nin rəhbəri Xəlil Göyüşovun oğlu Ramiz Göyüşovun adı hərbi xidmətdə getsə də, hər gün Bakıda kef məclisi düzəldir və “avtoş”luq edir” haqda bilgilər vermişdik.

Portalımızın e-mail ünvanına daxil olan informasiyada bildirilirdi ki, Ramiz Göyüşov hərbi xidmətdə ola-ola bir neçə dəfə içkili vəziyyətdə şəhərdə “avtoş”luq edərkən polisin sərt üzü ilə üzləşməli olub. Belə ki, “İyunun 7-də gecə saatlarında içkili vəziyyətdə Bakıdakı “Eleven” diskotekasından çıxaraq “avtoş”luq edən Ramiz Göyüşovun 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobili Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. DYP əməkdaşları ilə kobud rəftar edərək onlarla dalaşan Ramiz Göyüşova protokol tərtib olunub və onun avtomobili DYP-nin Badamdardakl cərimə meydançasına aparılıb.

Məlumatı göndərən mənbə R.Göyüşovun hərbi xidmət müddətinin iyulun 1-də bitəcəyini və aylıq hesab ödəməklə hərbi xidmət dövrünü evində keçirdiyini iddia edir.

Redaksiyamıza daxil  olan yeni məlumatlara əsasən i iş adamının oğlu artıq «hərbi xidməti»ni başa vurub. Lakin Xəlil Göyüşov oğlunu dərhal da Azərbaycandan çıxarıb. İnformasiyalara əsasən yuxarıda qeyd etdiyimiz insidentlə əlaqədar olaraq yaranmış vəziyyətdən çıxış yolu kimi «Bina-Körpü-Tikinti» MMC-nin rəhbəri bu yola əl atıb. Qeyd edək ki, son zamanlar dövlət başçısının sərt mövqeyi ilə ölkə daxilində övladları harınlıqla məşğul olan xeyli sayda məmur cəzalandırılıb.  Görünür Xəlil Göyüşov da yarana biləcək təhlükədən sığortalanmaq üçün oğlunu Azərbaycandan bir müddət uzaq tutmaq qərarına gəlib. İnformasiyalara görə, hazırda Hesablama Palatası adıçəkilən qurumda yoxlamalar aparmaq qərarına gəlib. Ötən ilin büdcə vəsaitlərinin istifadəsinə dair audit keçirilməsi üçün palata əməkdaşlarının artıq MMC-yə bildiriş yolladığı söylənilir. Görünür X.Göyüşün oğlunun hərəkətləri yuxarıların artıq diqqət mərkəzindədir. Və daha bir məmurun oğlunun hərəkətlərinə görə cəzalandırılması gözləniləndir.