Biznesmen xanım qarət olundu

1

 

Onlar gözətçinin əllərini və ağzını yapışqanlı lentlə bağlayıblar.

Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına basqın edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalq.az -a verilən məlumata görə, aprelin 30-da saat 05.00 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına aldatma yolu ilə girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər gözətçi İbrahim Quliyevin əllərini və ağzını yapışqanlı lentlə bağlayıb oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20 000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb “Mercedes” markalı avtomobillə hadisə yerindən gediblər.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.