Bloqer bu görüntülərinə görə ölümlə hədələndi – Video

Katolik rahibə geyimində rəqs edən rusiyalı bloqer Yana Leonova  sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

XALQ.AZ-ın məlumatına görə, qız videoroliki özünün “TikTok” hesabında paylaşıb.

Kadrlarda görünür ki, Y.Leonova dərin dekolteli və yarığı olan ağ-qara geyimdə rəqs edir.

Bundan sonra gənc bloqerin ünvanına təhqirlər və hədələr gəlməyə başlayıb.

Y.Leonova “Instagram” hesabında əməlinə bəraət verməyə çalışıb: “Tövratda deyilib: “Qınama, qınanmayacaqsan”. Əgər siz həqiqətən də buna inanırsınızsa, mənə pis sözlər yazmaqdan əl çəkin. Mən dini təhqir etmirəm”.