BMT-dən Qarabağla bağlı çağırış

bmt

BMT-nin Baş katibi Antonio Quterreş regional və beynəlxalq qüvvələri Ermənistan-Azərbaycan münaqişəsi zonasında təcili atəşkəsə nail olmaqda kömək etməyə çağırır.

XALQ.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

Onun sözlərinə görə, Baş katib beynəlxalq ictimaiyyətin hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən eskalasiyanı pisləyir.

Dyujarrik bildirib ki, Quterreş yaşayış məntəqələrinin atəşə tutulması da daxil olmaqla, hərbi əməliyyatların yayılması barədə xəbərlərdən ciddi narahatdır.