BMT: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır”

BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 2018-ci ildə fəaliyyət planı ilə bağlı istiqamətlərini açıqlayıb.

XALQ.AZ  Trend-ə istinadən xəbər verir ki, A.Quterreş sadalanan istiqamətlər arasında Yaxın Şərqdəki münaqişələr, Avropadakı “dondurulmuş” münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqınların problemlərinin yer aldığını deyib.

“Dondurulmuş münaqişələr”dən danışarkən Baş katib bildirib: “Mövcud problemləri həll etmək üçün təhlükəli millətçilik dalğasının qarşısını almaq, müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və “Dnestryanı üzrə 5+2″ prosesini canlandırmaq lazımdır”.