“BMT Ermənistanı işğalçı dövlət kimi tanıyıb” – Azay Quliyev

“Hər bir ölkənin BMT İnsan hüquqları ilə bağlı hesabatı təqdim edilir. Bu dəfə Ermənistan hazırladığı hesabatda təxribata yol verib. Belə ki, Ermənistan verdiyi hesabatda qondarma Dağlıq Qarabağla bağlı hesabatı da BMT-nin rəsmi saytında yerləşdirib”.

 

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bununla da BMT İnsan Hüquqları Şurası səlahiyyətindən kənara çıxaraq, qanunları kobud pozub. “Ermənistan özü də bu hesabatı 6 dildə yayıb. Buna müvafiq qurumlar reaksiya verib hesabatı BMT-nın saytından çıxarmalıdır. Ermənistan hər zaman belə təxribatlara yol verib, ancaq bu hal BMT-də baş verməyib. Necə ola bilər ki, BMT Ermənistanın belə bir təxribatına şərait yaradıb. BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Özü də hesabat “Artsax” adı altında verilib. Odur ki, Azərbaycanın BMT-də akredatissasiya olunmuş nümayəndəsi  bu hesabtın çıxarılmasına nail olmalıdır”, – deyə A.Quliyev bildirib.

 

Orxan


Comments are closed.