Boksçumuz “Minsk-2019”un yarımfinalında

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarında 1/4 final döyüşləri davam edir.
XALQ.AZ xəbər verir ki, Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da yarımfinal üçün döyüşə çıxıb.
69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behramini sınağa çəkib. O, rəqibinə 5:0 hesabı ilə qalib gələrək, 1/2 finalda iştirak hüququ qazanıb. Boksçumuz bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan təmsilçimiz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də olacaq.
Bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) erməni əsilli gürcü boksçu Otar Eranosyanla, Alfonso Dominqes (81 kq) isə Ziyad Əl-Mohorla (Belçika) qarşılaşacaq.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.