BOKT-lara nəzarət gücləndirilir

“Azərbaycanda 43 bank olmayan kredit təşkilatları (BOKT) fəaliyyət gösətirir. Son illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının apardığı monitorinqlər nəticəsində məlum olub ki, onlara nəzarət mexanizmi zəifləyib”.
XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qanuna ediləcək dəyişiklikər, BOKT sektorunda nəzarətin gücləndirilməsinə, təsir tədbirlərinin çevik və effektli şəkildə tətbiq olunmasına, sağlam korporativ idarəetməyə sahib olan BOKT-ların formalaşmasına xidmət edəcək”.

Orxan