Bölgələr üzrə yoluxma statistikası açıqlandı

koronavirus

Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə son statistikası açıqlanıb.

XALQ.AZ-ın verdiyi xəbərə görə, hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56,2 faiz olub. 

İkinci ən çox yoluxma 15.9 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 10, Gəncə-Qazax 6.6, Lənkəran 4.4, Quba-Xaçmaz 1.9, Dağlıq Şirvan 1.7, Şəki-Zaqatala 1.7, Yuxarı Qarabağ 1 faizdir.

Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Naxçıvan Muxtar Respublikasında isə göstərici 0,05 faizdir.