Bölgələrdə hesabat

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir

24 yanvar  2019-cu il tarixdə saat 11:00 –da 2018- ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir.  Hesabatını məruzə edən Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Qasımov Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görüldüyünü söylədi. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər Ağcabədi rayonunda aparılan yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi rayonun daha da inkişaf etməsinə təkan vermişdir.Ağcabədi rayonunun gündən – günə müasir tələblərə cavab verən şəkildə inkişafına şərait yaradılmasına , diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Onun düzgün kadr siyasətinin nəticəsi olaraq bu gün Ağcabədi rayonun müasir səviyyəyə gəlib çatmasında əməyi olan rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlığını bildirmişdir. Məruzəçi , Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəklərinə və ötən ilin nöqsanlarının aradan qaldırılması üçün çalışacaqlarını vurğuladı.
Hesabatın yekununda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov bildirdi ki, cənab Prezidentimiz İlham Əliyev cənablarının apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən lider ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın regionlarında aparılan – abadlıq quruculuq işləri iqtisadi inkişafın, sosial rifahın ən yaxşı göstəricisidir.Hindarx qəsəbəsində görülən, aparılan yenidənqurma işləri son dövrlər dəyişilən, inkişaf edən Ağcabədi rayonunun göz oxşayan ərazilərindən birinə çevirmişdir. Natiq  bildirdi ki, Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018- ci ildə olan nöqsanlarını bu il aradan qaldırmalı və 2019- cu ildə qarşılarında duran vəzifələri layiqincə yerinə yetirməyə çalışmalıdırlar.

****
Ağdam rayon İcra Hakimiyyəti başçısının İmamqulubəyli köçkün qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018 – cı ilin yekunlarıa dair hesabat yığıncağı keçirilib

Şəhər, rayon İH başçılarının şəhər, qəsəbə, kənd və sahə  inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı Ağdam rayonu İcra Hakimiyyəti başçısının İmamqulubəyli köçkün qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir
Hesabat yığıncağında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən İmamqulubəyli köçkün qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xətai Abdullayev hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.

Xətai Abdullayev məruzəsində bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib

Daha sonra 2019-cu ildə görüləcək işlər barədə danışan Xətai Abdullayev bildirib ki, rayon rəhbərliyinin qayğısı ilə 2019-cu ildə görüləcək işlərə hər il olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşılacaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəyik.

Hesabat iclasında çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı yerli nümayəndəliklərlə sakinlər arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən danışaraq bu əlaqənin daha da artırılamsını və sakinlərin problemləri ilə yerində maraqlanmalı olduqlarını diqqətə çatdırdı.

****
Ağstafa rayonunun Eynallı kəndində hesabat yığıncağı keçirildi

Ağstafa rayonunda yerli İcra nümayəndələrinin hesabat yığıncaqları davam edir. Rayon İcra hakimiyyəti başçısının Eynallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi. Tədbir Eynallı kənd tam orta məktəbinin akt zalında təşkil olunmuşdur. Hesabatda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri və aparatın şöbə müdirləri, elə o cümlədən, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. İlk öncə kəndin İcra nümayəndəsi Əliyev Şadət yaşayış məntəqəsi haqqında geniş arayışla çıxış etdi, il ərzində kənddə görülmüş işlər barədə ətraflı danışdı. Qeyd olundu ki, ötən il kəndarası yollar tamamilə xırlanmış, sakinlərin içməli su təminatının yaxşılaşdırılması yönündə su kəhrizləri təmir olunmuş, işıq, qaz təminatı  normasında tənzimlənmişdir. Daha sonra rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd etdi ki, 2018-ci il Ağstafa üçün növbəti uğurlu il kimi yadda qaldı. Rayon ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülmüş, Qıraq Kəsəmən və Ağgöl kənd yaşayış məntəqələri istisna olmaqla bütün kəndlər  asfaltlanıbdır. Hazırda Ağstafa-Yenigün-Qaçaq Kərəm-Xətai əsaslı təmirinə başlanılıbdır. Rayonda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər insanların rahatlığının təmin olunmasına əsaslı töfhə verir. Rayonun təbii qaz yanacağı ilə təminatı 100 faizə çatdırılıb. Ötən illərdə olduğu kimi 2018-ci ildə də rayonda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilib. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri həyata keçirilib.2018-ci ilin uğurlarını 2019-cu ildə də davam etdirməsi və nəzərdə tutulmuş proqramlar və layihələrin icrası istiqamətində tədbirlər həyata keçirilir Hesabat yığıncağı açıq fikir mübadiləsi şəraitində keçirilmiş və vətəndaşlar çıxış edərək onlara göstərilən dövlət qayğısından məmnunluqlarını bildirdilər. Tədbir işgüzar şəraitdə keçdi.

****
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Biləcəri bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib

22 yanvar 2019-cu il tarixdə Biləcəri qəsəbəsində yerləşən 284 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və  Biləcəri bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını  giriş  nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov hesabat yığıncağı barədə məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntiqam Cümşüdova verdi.
İ.Cümşüdov öz çıxışında 2018-ci  il ərzində qəsəbədə həlli vacib məsələlərin həll edildiyini bildirdi və qeyd etdi ki, Biləcəri-Xocasən yolunda kommunikasiya xəttləri yenidən qurulmuş və eləcədə, qəsəbənin müxtəlif ünvanlarında  su-kanalizasiya xətlərinin yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilmiş, qəsəbə ərazisində yerləşən 300 saylı  məktəbdə əlavə tədris korpusu  tikilmiş, və digər sosial lahiyələrin həyata keçirilməsi məqsədi ilə aidiyyəti üzrə  müvafiq təkliflər verilmişdir.
Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilova verdi.
İ.Xəlilov isə öz çıxışında 2018-ci  il ərzində qəsəbədə həlli vacib problemlərin əksər hissəsinin həll edildiyini, 297 saylı uşaq bağçasında əsaslı təmir işləri görülmüş, R.İsmayılov, A.Zeynallı, X.Məlikaslanov 8-ci döngə, Fizuli küçələrində asfatlanma işləri aparılmış və bələdiyyə tərəfindən qəsəbə ərazisində bir sıra işlər görülmüş və  layihələr həyata keçirilmişdir.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri İ.Eyvazov, D.Kərimov, İ.İbrahimov və Z.Nəbiyev  məruzəyə  münasibət bildirdirərək  qəsəbədə həlli vacib məsələlərə toxundular.
Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən V.İsmayılov həmin problemlərin həlli istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və yaxın gələcəkdə həll ediləcəyini qeyd etdi.
Sonda  2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin  və Biləcəri bələdiyyəsi sədrinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar  tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.

****
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

25 yanvar 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elmar Abbasov yığıncaqda hesabat məruzəsi ilə çıxış edərək, nümayəndəliyin ərazisinin 7,35 kv.km,  əhalisinin  75809 nəfər, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayının isə 24739 olduğunu deyib.
2018-ci ildə nümayəndəliyə RİHB aparatından 10 məktub, 9 sərəncam, vətəndaşlar tərəfindən 220 şifahi müraciət və 1643 nömrəli Qaynar Xəttindən 50 zəng daxil olmuşdur. Daxil olan ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuş və Rayon İcra Hakimiyyəti başçısının sərəncam və əmrləri vaxtlı-vaxtında icra edilmişdir. Ötən ildə nümayəndənin qəbulunda 172 nəfər olmuş və qəbula gələn vətəndaşların müraciətləri əsasən obyekt və qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, maddi köməklik edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, bəzi bina və mənzillərin istiliklə təmin edilməməsi və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti səlahiyyətlərimiz çərçivəsində öz həllini tapmış, bəzi müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilmiş və müəyyən köməkliklər göstərilmişdir. Qaynar Xəttdən daxil olan müraciətlər tərəfimizdən ciddi nəzarətə götürülmüşdür.
İl ərzində Nərimanov rayon İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisində 11 səyyar qəbul və görüşlər keçirilmiş, həmin qəbul və görüşlərdə 1142 nəfər sakin iştirak etmişdir. Keçirilən qəbullar zamanı sakinlər tərəfindən edilən 94 müraciət qeydə alınmış və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Keçirilən səyyar görüş və qəbullarda qaldırılan məsələlər küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlərlə, təhsil, səhiyyə  müəssisələrinin təmiri, tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
“AR-sında dövlət dili haqqında” Qanunun tələblərinə zidd olaraq reklamlarının xarici dillərdə yazılmış ticarət və digər obyekt sahiblərinə xəbərdarlıq edilmiş və qanunun tələblərinə ciddi əməl edilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Bundan başqa nümayəndəlik ərazidə qanunsuz  tikintilərin, ət kəsiminin və qanunsuz  küçə ticarətinin qarşısını almaq məqsədilə mütamadi reydlər keçirmişdir. Belə faktlar aşkarlandıqda qanunauyğun müvafiq tədbirlər görülmüşdür.
Qeyd olunub ki, Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətində 2018-ci il ərzində çox böyük işlər görülmüş və bu işlər uğurla davam etdirilir.

****
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə etmişdir

Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı  ilə  Avropa  otelində  keçirilən, 2018-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Əziz  Zeynalov   bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq, quruculuq və yenidənqurma işləri aparılmışdır.

Belə ki,  vətəndaşların müraciətləri nəzərə alınaraq nümayəndəliyin xidməti ərazisində 3600 kv.m (M.Sənani, Mərdanov qardaşları, C.Səlimov küçələri) asfalt örtüyü vurulmuş, tamet daşları döşənmiş ,  Koroğlu, Zorge, Sevil və Şevçenko adına parklara və Səməd Vurğun  küçəsinə 25 min ədəd mövsümi çiçək əkilmişdir.

Qış mövsümü ilə əlaqədar inzibati ərazidə ayrı-ayrı ünvanlarda 820 kv.m dam örtüyü,  252 p.m su xətti,  42 p/m kanalizasiya xətti, 645 p/m istilik xətti, 26 p/m suaxıdıcı boru,  264 p/m navalça,  38 ədəd giriş qapısı, 66 ədəd girişdə pəncərə, 63 kv.m keçid meydançası təmir edilmiş, 312 kv.m ümumi istifadə yerləri şüşələnmişdir. 7410 p/m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. Ərazidə olan əksər küçələrin kəsişməsində təşəbbüskarı “H.Əliyev fondu”-nun vitse prezidenti Leyla xanım Əliyeva olan əlillərin səkiyə əlil arabası ilə çıxması üçün panduslar quraşdırılmışdır.

S.Vurgun  küçəsi 1006-cı məhəllədə yerləşən H.Əliyev adına Müasir Təhsil Kompleksi sökülərək yenidən tikilib  istifadəyə verilmiş, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.

Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin Bənövşəyi xəttində B-3 stansiyası və Akademik Həsən Əliyev  küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin  inzibati binasının yerində yeni binanın tikintisi işi davam etdirilir.

Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 11 dəfə səyyar qəbul keçirmiş, bu qəbullarda  1000 nəfərdan çox sakin iştirak etmişdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi,  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsi göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir.  Sonra 2018-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 5 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublikamızın gözəl guşələrindən olan Quba və Şəki şəhərlərində rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Bununla yanaşı Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin  Heydər Əliyev Fondunun Layihəsi olan Zirə Mədənyyət Mərkəzi və Eko Parka ekskursiyası təşkil olunmuşdur.

Hesabat  yığıncağında 164 saylı tam orta məktəbin müəllimi  Həcər Bəşirova, “Fədək” MTK-nın sədri  Yavər Qurbanov,  “Nəsimi-7” MMC-nin idarə heyətinin sədri Fərid Agayev, rayon sakini Cəmalə İbrahimova, şəhid anası Lətifə Novruzova və başqaları çıxış edərək   respublikada, o cümlədən Nəsimi rayonunda  aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

****
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
22.01.2019-cu il tarixdə Nardaran qəsəbəsində yerləşən 130 №li tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
  İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi, Nardaran Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, Bakının  şimal-şərqində, Abşeron yarımadasının  şimalında  Xəzər dənizinin  sahilində  yerləşən Nardaran  qəsəbəsinin ərazisi 29.0 km2-dir. Hazırda qəsəbədə yaşayan əhalinin ümumi sayını 25161  nəfər təşkil edir. Bildirildi ki, Nardaran qəsəbəsində qəsəbə  nümayəndəliyi, bələdiyyə, 8 saylı Birləşmiş Şəhər Xəstəxanası, təxirəsalınmaz təcili  tibbi yardım stansiyası, 130  və  295  saylı  tam  orta  məktəblər, 107, 227  və 337  saylı hər biri  60  yer olmaqla  körpələr  evi-uşaq  bağçaları, 97 saylı  poçt şöbəsi, Sabunçu rayon  Telefon  Qovşağının  Nardaran kənd  ATS-455 və  Nardaran  bağlar  ATS, Sabunçu rayon  Dövlət  Yanğından  Mühafizə  hissəsinin24 saylı  yanğından  mühafizə  bolməsi, Sabunçu RPİ-nin  42-ci Polis Bölməsi, DTX-nin  Nardaran  bölməsi, “Azərişıq”ASC-nin Nardaran qəsəbə  flialı, Mədəniyyət Mərkəzi və Kitabxana fəaliyyət  göstərir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev bildirdi ki, 2018-ci il ərzində  Nardaran qəsəbə icra nümayəndəliyi öz işini Bakı  şəhəri  və  onun  ətraf  qəsəbələrinin  sosial-iqtisadi inkişafının  sürətləndirməsinə  dair  dövlət  proqramının  təsdiq  edilməsi  haqqında Azərbaycan  Respublikasının Prezidentinin  Sərəncamından  irəli  gələn  məsələlərin  həlli  istiqamətində  qurmağa  çalışmışdır. Nardaran qəsəbəsi üzrə icra nümayəndəsinin həftənin I, III və V günlərində qəbul günü təşkil edilmiş  və  121  nəfər qəbul edilmişdir. Nardaran qəsəbə nümayəndəliyinin müavininin həftənin I və IV günlərində qəbul günü təşkil edilmiş və  119  nəfər qəbul edilmişdir. Nardaran  qəsəbə  nümayəndəliyi  2018-ci il ərzində  əhalinin  sosial problemlərinin həlli ilə  bağlı  müəyyən  işlər  görmüşdür. Belə  ki, keçən müddət  ərzində  qəsəbə  nümayəndəliyinə Sabunçu rayon İcra hakimiyyəti tərəfindən 48 məktub və 39 sərəncam daxil olmuşdur. Digər təşkilatlar tərəfindən isə 80 məktub daxil olmuşdur. Vətəndaşlara 1440 arayış və 25 ədəd 2 saylı forma arayışı verilmişdir. Qəsəbə nümayəndəliyi tərəfindən digər təşkilatlara 88 məktub göndərilmişdir.  Qəsəbə sakinləri tərəfindən  isə 45  ərizə daxil olmuşdur. Qeyd olunan  sənədlər “Vətəndaşların müraciətinə baxılması  haqqında” Azərbaycan  Respublikasının Prezidentinin 1998-ci  il  tarıxli  fərmanı  ilə  təsdiq  edilmiş  qaydalara  əsasən  nəzərdə  tutulmuş  müddətdə  araşdırılaraq  cavablandırılmışdır. Prezident cənab İlham  Əliyevin sərəncamına  əsasən gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar 2004-2005-ci il təvəllüdlü  gənclərin siyahısı  tərtib edilərək AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə təqdim edilmişdir. Hərbi xidmətdən yayınan gənclərin hərbi xidmətə göndərilməsi istiqamətində birgə işlər görülmüşdür.
Mütəmadi olaraq qəsəbədə Sabunçu rayon İcra Hakimiyyəti Başçısı cənab Adil Vəliyevlə səyyar görüşlər və vətəndaşların  səyyar  qəbulları təşkil edilmiş, sakinləri narahat edən məsələlər barədə aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.
İl ərzində milli və  dövlət bayramlarının qeyd edilməsi və  keçirilməsi təmin  edilmiş, bu münasibətlə  aztəminatlı ailələrə bayram sovqatları  paylanmışdır. Qurban  bayramı  münasibəti  ilə  qurbanlıq  qoyunlar  kəsilərək əlillərə  və  aztəminatlı  ailələrə  paylanmışdır.
“20 yanvar”, “26 fevral-Xocalı soyqırımı”  və  “31 mart  Azərbaycanlıların soyqırımı” günləri qəsəbə ərazisindəki  məktəblərdə sakinlərin  iştirakı  ilə  tədbirlər keçirilmişdir.
Novruz  bayramı  münasibəti  ilə  11 saylı inteqrasiya  təlimli internat məktəbində Nardaran-Maştağa və Bilgəh  qəsəbə  sakinlərinin  iştirakı ilə  böyük  bayram  tədbiri  keçirilmişdir.
2018-ci il ərzində qəsəbə sakinlərinin  sosial  problemlərinin həlli istiqamətində  bir  sıra işlər görülmüşdür.
Hal-hazırda  qəsəbədə  müasir  təlabatlara cavab  verən  mədrəsə  binasının  tikintisi  başa  çatdırılmışdır və  son  tamamlama  işləri görülür .
Qəsəbədə  Muğam  mərkəzi-mədəniyyət  evi  və  kitabxana  binasının tikintisi  başa  çatdırılmış  və  sakinlərin  istifadəsinə  verilmişdir. Hal-hazırda  Mədəniyyət  Mərkəzində  müxtəlif  kurslar  fəaliyyət  göstərir. Müasir  tipli  kitabxana  oxucuların  istifadəsindədir.
Qəsəbənin 84  küçəsinə  yeni  adlar  verilmişdir, bununla bağlı hal-hazırda  vətəndaşların  sənədlərinin  dəyişdirilməsi  istiqamətində  hazirlıq  işləri  aparılır.
2018-2022-ci  illər  üçün  ev  təsərrüfatlarının  uçotu  kitabları  2018-ci  il  qeydiyyatına  əsasən  işlənilmiş  və  hal-hazırda da işlər davam  etdirilir.
25.08.2017-ci  ildə  Asan  Xidmət  nəzdində  fəaliyyət   göstərən “Abad” publik   sifarişi  əsasında   qəsəbədə   Bakı   keramika  və   tətbiqi sənət mərkəzinin  tikintisi  başa  çatdırılmışdır. Qadınlar  arasında  işsizliyin  aradan  qaldırılması  ilə  əlaqədar  “Azərxalça” ASC tərəfindən  2018-ci  ildə qəsəbədə tikintisinə başlanılmış  xalça müəssisəsinin  tikintisi  başa  çatdırılmışdır  və  yaxın  günlərdə  də istifadəyə  verilməsi  gözlənilir.
Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham Əliyevin 23 may 2018-ci  il tarixli sərəncamı  ilə qəsəbədəki  295  saylı  tam  orta  məktəb yüksək keyfiyyətlə əsaslı  təmir  edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları əsaslı  təmirdən  sonra  295  saylı  tam  orta  məktəbin  açılışını  edərək  orada  şagirdlərin  təhsili  üçün  yaradılan şəraitlə  tanış  oldu.
Yağışlar zamanı  yaranan  gölməçələr  və  evlərə  axan   suların   qarşısının   alınması  məqsədi  ilə  qəsəbənin Molla  Vəli  Vidadi küçəsində  200  metr uzunluğunda  məsafəyə 603, Mirzə  Ələkbər Sabir küçəsində  200 metr  uzunluğunda  sahəyə  403 karbonat  daşları  döşənmişdir.
Qəsəbənin  uzunluğu 5500 eni 8 metr olan Mübariz  İbrahimov  küçəsi  əsaslı  təmir  edilmiş, yüksək  keyfiyyətli  asfalt  örtüyü  vurulmuşdur.
Həmin küçədə  su  xətləri  təmir  edilmiş, xətlərdə  yaranmış nasazlıqlarlar və su  sızıntılarının  qarşısı  alınmışdır.
Qəsəbə  sakini Abdullayeva  Məleykə  Səfqulu  qızının  müraciəti əsasında ona  məxsus  Şeyx Əli  Tuti küçəsi  8 saylı ünvanın  su  xətti  təmir  edilərək  10  metr  uzunluğunda  boru  dəyişdirilmişdir.
Seyid  Şuşinski  küçəsinin sakinləri  tərəfindən  nümayəndəliyə  daxil  olmuş  müraciətə  əsasən  həmin  küçədən  keçən  su  xəttinin  partlaması nəticəsində  bir  neçə  həyətyanı  sahənin su  basması  qeyd edilmişdir  və  bununla  əlaqədar  su  xətti  təmir  edilmişdir.
Ötən il ərzində qəsəbədə  abadlıq, sanitar-təmizlik, yaşıllaşdırma  işlərinin  görülməsi təmin  edilmişdir. Belə ki, Mübariz  İbrahimov  küçəsində   abadlıq, təmizlik işləri  aparılmış  və  əkilmiş  500 ədəd  eldar şamı  və  qəsəbə  nümayəndəliyinin  ətrafında, Abşeron  küçəsində əkilmiş  ağaclara qulluq  edilmiş, suvarma işləri aparılmış, qazon  olan  sahələr  mütəmadi  olaraq  biçilmişdir.
Sabunçu  rayon  Kommunal Təsərrüfatı  İdarəsi tərəfindən  məişət tullantıları gündəlik  daşınır və küçələr təmizlənir.
Qəsəbə  nümayəndəliyi  küçə  ticarətinin  və  qanunsuz  ət  kəsimi məntəqələrinin  ləğv  edilməsi  ilə  bağlı  Sabunçu  RPİ-nin  42-ci  PB əməkdaşları  ilə  birgə  mütamadi  reydlər keçirmiş, qanunsuz  fəaliyyət  göstərən  ət  kəsimi  məntəqələri  ləğv  edilmişdir.
Qəsəbə  nümayəndəliyi  torpaqlarların özbaşına  zəbt  edilməsi və qanunsuz  tikintilərin  qarşısının  alınması  istiqamətində də  müəyyən işlər görülmüşdür.
Qəsəbədə müasir standartlara uyğun 1800 nömrəlik abunə tutumu olan Nardaran 455  ATS-1800  abonentə  xidmət  edir və 720 internet abunəçisi vardır. Bağlar ATS 500 abonentə  xidmət  edir  və  280 internet abunəçisi  vardır. Hal-hazırda Nardaran  qəsəbəsində  təbii qazdan  istifadə  edən  4596  abonent  mövcuddur. Cari ildə qəsəbənin Ləhiş  bağları sahəsində 15-ci  dalan  adlanan  sahədə  (ŞQTM  700m3) qaz tənzimləyicisi quraşdırılmış, Mayak yolu ərazisində 57  diametrli, uzunluğu 60.01 p\m olan qaz kəməri  çəkilmişdir. Həmin sahədə  57 mm diametrli, uzunluğu  60.01 p\m olan qaz kəməri  boyanmış və diametri 50mm siyirtmə quraşdırılmışdır.
Hazırda Nardaran  qəsəbə  daxilində 2816, Nardaran bağlar massivində  1220 və Ləhiş  bağlar  massivində  1279 abonent  elektrik  enerjisindən  istifadə  edir.
2018-ci  ildə  Nardaran qəsəbəsi  üzrə 2859, bağlar  üzrə  1300 abonent  elektrik enerjisi  ilə  təmin  olunmuşdur. Qəsəbədə TM və KTM-in sayı 197 ədəd təşkil edir. Cari ildə 6\10 kv-luq hava  xətlərinin AS50-2250 metr naqil, 8 ədəd  YG dayaq, 36  ədəd ŞF 10  izolyator əsaslı  təmir  edilmişdir. 0,4 kv-luq  “ÖİN” xətlərində 258 metr XLPE (ABC) tipli  kabel əsaslı  təmir edilmişdir. Hava  xəttinə  çıxış ÖİN xəttinin 98 metri NAYY kabeli ilə əvəz  edilmişdir. Maştağa-Nardaran  yolunun  abadlaşdırılması  ilə əlaqədar yol kənarında 6\0,4 kv-luq  dayaqlar  rənglənmiş, yolu  keçən 6\0, 4 kv-luq  hava  xətlərinin  gələcəkdə  yeraltı  kabel xətti  ilə əvəz olunması  üçün yola  200 metr  plastik boru  atılmışdır. Y\st 499-611№ 2  budaq  KTM 2523 yeni (4000 metr, naqil AS50  və 27 ədəd  YG dayaq) alternativ  hava  xətti  çəkilmişdir.
2018-ci  il ərzində Sabunçu rayonu Sukanal idarəsi tərəfindən Nardaran  qəsəbəsində  ümumilikdə  3500 p.m müxtəlif  diametrli  borularla  su  xətti  çəkilmiş, 90 pm  su  xətti  isə  təmir  olunmuşdur. 2  dəst  müxtəlif  ölçülü  siyirmələr  quraşdırılmış, 4 ədəd  isə  təmir  edilmişdir. Müvafiq  dövrdə 220  dəst  su  sayğacı quraşdırılmış, 21  ədəd  sayğac  təmir  olunmuşdur. Qəsəbənin  dəniz  sahilinə  yaxın 5, 19, 20-ci  dalanlarında  və  Yanğın Söndürmə  Məntəqəsinin  yolunda  ilk  dəfə  su  xətti  çəkilmiş  və  220  abonent içməli  su  ilə təmin  olunmuşdur. Qəsəbənin  bütün  ərazisinin  su  ilə  təmin   olunması   üçün   mütəmadi işlər   aparılır.
Daha sonra Nardaran Bələdiyyəsinin sədri Əlihüseyn Ağayev 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
****
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
Yanvarın 19-da Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov,  təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Neft Daşları qəsəbəsində ucaldılmış abidəsinin önünə gül dəstələri qoydular.
Tədbir zamanı 20 yanvar faciəsinin qurbanları bir dəqiqəlik sükutla anıldı.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəsi Faiq Kərimov 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. Faiq Kərimov qeyd etdi ki, Neft Daşları qəsəbə  nümayəndəliyi öz  işini  2018-ci il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Natiq bildirdi ki, 2018-ci ilin yanvar ayından başlayaraq Mənzil Kommunal Təsərrüfatı Sahəsi və 4 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən qəsəbədəki inzibati və yaşayış binalarında carı təmir işləri aparılmış, ərazidə təmizlik-abadlıq işləri görülmüşdür. Heydər Əliyev parkında yaşıllığın qorunması və ağacların vaxtında suvarılmasına nəzarət edilmişdir. 2018-ci ildə “20 yanvar” faciəsi və “26 fevral Xocalı soyqırımı” hüzn günü ilə əlaqədar qəsəbədə anım mərasimləri keçirilmişdir. Novruz Bayramı, Gül bayramı, 20 sentyabr Neftçilərin peşə bayramı qəsəbədə qeyd olunmuş, tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil edilmişdir. Qeyd edildi ki, 2018-ci il ərzində Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə nümayəndəliyin əməkdaşları sahə müvəkkili ilə birlikdə mütəmadi olaraq reydlər keçirmiş və yoxlamalar aparmışdır. Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinə Pirallahı Rayon İcra Hakimiyyətindən və digər dövlət orqanlarından daxil olan  məktub, sərəncam, əmr və sorğuların icrası  vaxtında təmin edilmiş, aidiyyatı üzrə göndərilmişdir.
Çıxışın sonunda Faiq Kərimov bildirdi ki, Neft  Daşları qəsəbə İƏD  üzrə  nümayəndəliyi bundan sonra da Pirallahı Rayon İcra Hakimiyyətinin  başçısının tapşırıq və tövsiyələrini “Neft Daşları” NQÇİ-in rəhbərliyi ilə birgə əldə rəhbər tutaraq qəsəbənin inkişafı və çiçəklənməsi üçün var gücü ilə çalışacaqdır.
Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov öz çıxışında qeyd etdi ki, 2018-ci il ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Qeyd edildi ki, bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Hesabata “Neft Daşları” NQÇİ-nin rəis müavinləri  Zeynalabdin Abdullayev və Saleh Yarmemmedov, “Neft Daşları” NQÇİ-nin baş mühəndisi Azer Rustemov, “Neft Daşları” NQÇİ-nin Həmkarlar ittifaqının sədri Hüseyn Əhmədov  tərəfindən münasibət bildirildi. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı. Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Neft Daşları qəsəbə İƏD üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına dair hesabat   məruzəsi qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.
****
Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Mərdəkan Qəsəbə Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.

22 yanvar 2019-cu il tarixində Mərdəkan Mədəniyyət Sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və  Mərdəkan Qəsəbə Bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında  Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Salahov, RIH başçısının müavinləri, Arif Balayev, Lalə Əhmədova, RİH Başçısı Aparatının şöbə müdirləri, rayon üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Yığıncağı  giriş  sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini E.Salahov rayonun sosial-iqtisadi göstəricilərindən, rayonda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapması barədə toplantı iştirakçılarına geniş məlumat verdi.
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Müqbilov və Mərdəkan Bələdiyyəsinin sədr müavini Sabir Dadaşov 2018-ci il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etdilər.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara yerindəcə müvafiq tapşırıqlar verildi.

****
Xətai rayonunda Əhmədli Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

23 yanvar 2019-cu il tarixdə 64 saylı tam orta məktəbin  akt zalında Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

Toplantıda Əhmədli Qəsəbə  İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Mehman Allahverdiyevin  hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər Zakir Əhmədov adına 64 saylı orta məktəbin direktoru Rəfael Mehdiyev, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar şöbəsinin müdiri  Bayramlı Ziya, Qəsəbə Bələdiyyəsinin Sədri Pərviz Quliyev,. Xətai rayon Əhmədli məscidinin İmamı Hacı Murad Cəfərov, Xətai rayon Ağsaqqallar Şurasınnı Sədri və Qəsəbə sakini Qurbanəli Əlizadə və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

****

Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında hesabat yığlncağı keçirilib

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında hesabat yığlncağı keçirilib. Yığıncaqda RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Daniyev çıxış edərək hesabat dövründə qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat verib.

****
Biləsuvar rayonunun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2018-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilir.

5 yanvar 2019-cu  il tarixdən başlayaraq Biləsuvar rayonunun  inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir.
Tərtib  olunmuş qrafikə uyğun olaraq 01 fevral 2019-cu il tarixədək  rayonun bütün inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində hesabat iclasları yekunlaşacaqdır.
Yığıncaqlarda rayon İcra Hakimiyyətinin  məsul işçiləri, şura üzvləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının ərazidə fəaliyyət göstərən yerli bölmələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edirlər.
25 yanvar 2019-cu il tarixdə rayonun Əsgərabad kəndində keçirilən hesabatda kənd İcra nümayəndəsi Lətif Abbasov  ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi.O, bildirdi ki,  ərazidə 1073 təsərrüfatda 4642 nəfər əhali o cümlədən 2314 nəfər kişi və 2328 nəfər qadın yaşayır. 730 fərdi yaşayış evi vardır. 436 şagirdi olan bir orta məktəb, 2 qurupdan ibarət uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, 9500 kitab fondu olan kitabxana, 544 yerlik elektron ATS, 60 yerlik sürətli internet kanalı, poçt şöbəsi, Yerli özünüidarə orqanı olan Əsgərabad bələdiyyəsi, özəl Mebel sexi, 6 özəl ticarət mağazaları, 2 məscid fəaliyyət göstərir.Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Əsgərabad kəndinin mərkəzi yolu asfaltlaşdırılmış,  məktəb binası əsaslı təmir edilmiş, kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuşdur. 2018-ci ildə kəndin daxilində  və   yol  kənarında 1000-dən çox ağac əkilmişdir.
Bundan əlavə ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Nümayəndəlikdə ərizə, şikayətlərin qəbulu və onlıara baxılmasına  daim diqqət yetirilir.Hər həftənin 5-cü günü  nümayəndəlikdə ərazidə fəaliyyət göstərən təşkilatların rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu  keçirilir.Vətəndaşlar dinlənilir, onların təkliflərinə baxılır və qaldırılan məsələlər həll edilir. 2018-ci ildə vətəndaşlardan 7 yazılı, 6 şifahi müraciət daxil olmuşdur.  Müraciətlərə tərəfimizdən baxılmış və həll edilmişdir. Vətəndaşlara yazılı cavablar verilmişdir. İdarə təşkilatlardan 39 məktub daxil olmuşdur və aidiyyatı üzrə icra edilmişdir. Sikayyət xarakterli  müraciyyət daxil olmamışdır.
Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Kənddə 1617,0 hektar torpaq xüsusi mülkiyyətdədir.Bundan başqa bələdiyyənin 80,0 hektar əkin torpağı,  65,0 hektar perspektiv  inkişaf və 300,0 hektar örüş sahəsi vardır.Kənd əhalisindən  5 nəfəri  Dövlət Ehtiyyat Fond torpaqlarından 200.82 hektar icarəyə götürmüş və istifadə edirlər.
2018-cı ildə kənddə mülkiyyətçilər tərəfindən 421.0 hektar pambıq əkilmişdir. 1580 ton pambıq istehsal olunmuşdur. 2019-cu ilin məhsulu üçün 461.0 hektara yaxın müqavilə bağlanmışdır və davam etdirilir.Hazırda kənddə mülkiyyətçilər tərəfindən  10-a yaxın təzə traktor və avadanlıqlar  alınmışdır.        2018-ci  ildə buğda üzrə məhsuldarlıq 28.0 sentner olaraq 606.0  hektardan 0000  1696.8 ton olmuşdur.Bundan başqa 450.0  hektardan 1350.0 ton arpa, 8.0 hektardan 42.4 ton qarğıdalı,   22.0 hektardan 44.0 ton günəbaxan, 421.0  hektardan 1580.0 ton pambıq, 50.0 hektardan  135.0 ton tərəvəz. 8.0 hektardan   80.0 ton bostan   məhsulu  istehsal edilmişdir.  2.75 hektarda üzüm və 530 hektarda yonca əkilmişdir. 2018-ci ilin payızında 400 ha buğda və  500 ha arpa əkilmişdir. Ötən  il su qıtlığı olsa Suvarma işçilərinin nəzarəti və mülkiyyətçilərin növbəliliyə əməl etməsi sayəsində   əkinlərin suvarılmasında ciddi çətinliklər olmamışdır.  Şəxsi təsərrufatlarda  iri buynuzluların sayı 1625  baş olmaqla inəklərin sayı 1412 başa, camışların sayı 213 başa, xırda başların sayı  2758  başa, quşların sayı 16062 başa, arıçılıq 11 təsərrüfatda 225 ailəyə çatmışdır. İcra nümayəndəliyi tərəfindən əhalinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır, vətəndaşların hər bir müraciətinə həssaslıqla yanaşılır.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Zakir Şahbazov çıxış edərək bildirdi ki, respublikamızda aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki,məhz bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən rayonumuzda da abadlıq-quruculuq işləri görülür, yeni-yeni sosialyönümlü obyektlər inşa olunur,əhalinin maddi-rifah halının yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Z.Şahbazov hesabat yığıncağında əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələlərin qaldırılacağını bildirdi.

****
Daşkəsən RİH-i Başçısının Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2018 –ci ilin yekunlarına və 2019 – cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

Daşkəsən RİH Başçısının Şəhər inzibati ərazi dairəsi  üzrə nümayəndəliyinin inzibati binasında Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin rəhbərliyi ilə keçirilən hesabatda rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon sakinləri iştirak etmişlər.
Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nüsrət Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub. Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində ötən il ölkəmizin ictimai – sosial – iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olunub. Dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi ötən il bütün dünyada gərginlik içində keçsə də, Azərbəycan öz sürətli inkişaf tempini saxlaya bilib. Ölkəmizin təhlükəsizliyi təmin edilib, iqtisadi və sosial proqramlar icra olunub.
Nüsrət Vəliyev bildirmişdir ki, 2018-ci ildə Daşkəsən şəhəri ərazisində də abadlıq və quruculuq işləri geniş miqyas almışdır.
Heydər Əliyev prospektində maşınların və sakinlərin təhlükəsizliyini nəzərə alıb rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə  istinad divarları bəzək daşları ilə üzlənmiş və səkilərin müasir qaydada tikintisi başa çatdırılmış, şəhərin girəcəyinin görünüşünü tamamilə gözəlləşdirmişdir. Bundan başqa Daşkəsən şəhərinin bəzi küçələrində səkilərə yeni asfalt örtüyü salınmışdır.
Bundan əlavə şəhərdə çoxmərtəbəli yaşayış binalarının fasadları təmir olunaraq rənglənmişdir. Heydər Əliyev meydanında və Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılaraq səliqə-səhman yaradılmışdır.
Şəhərin meydan və küçələrinə yeni işıqlandırma sistemləri quraşdırılaraq tam müasirləşdirilmişdir.
Daşkəsən rayonunda 2018-ci ildə güclü təbii fəlakət hadisəsi baş vermişdir. Həmin təbii fəlakət nəticəsində şəhər və qəsəbələrdə yaşayış və inzibati binaların dam örtükləri tamamilə bərbad hala düşmüşdür.
Təbii fəlakətin vurmuş olduğu zərərin aradan qaldırılması üçün rayon İcra Hakimiyyətinin Başçısı dəfələrlə Respublikanın Baş Nazirinin və Fövqalədə Hallar Nazirinin qəbulunda olaraq məsələlər  qaldırmış və zərərin aradan qaldırılması üçün lazimi köməkliklərin göstərilməsinə nail olmuşdur. Görülmüş tədbirlərin nəticəsidir ki, şəhər və qəsəbələrdə həmin çoxmərtəbəli yaşayış binalarının dam örtükləri tamamilə dəyişdirilərək müasir tipli metal lövhəli (çerepisa) şiferlərlə əvəz edilmişdir.
Hesabat dövrü ərzində Şəhər nümayəndəliyi inzibati dairəsində yerləşən xidmət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, onlar tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.
Görülən tədbirlərin müsbət nəticəsi ondan ibarət olmuşdur ki, nümayəndəliyin tərkibinə daxil olan yaşayış məntəqələrində əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında xeyli dönüş yaranmışdır.
Bu gün Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunur.
Nümayəndəliyin Mədənçilər və Alunitdağ qəsəbələrində təmizlik-sanitariya işləri aparılaraq zibil qutuları ilə təmin edilmiş və gündəlik zibil tullantılarının daşınması təşkil edilmişdir.
Hesabat dövrü ərzində Daşkəsən şəhərində yaşıllıq zolaqlarının salınması və müxtəlif növ yeni ağacların əkilməsi və onlara qulluğun yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.Belə ki, şəhərin girəcəyində yaradılmış meşə zolağına, məktəb və yaşayış binalarının ətrafına hesabat dövründə sərv, şam ağacları və gül  kolları əkilmişdir.
Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara yüksək səviyyədə qulluq göstərilmişdir.
Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nüsrət Vəliyev çıxışına davam edərək hesabat dövrü ərzində işlərində olan nöqsanlardan da söz açmışdır.
O, məruzəsinin sonunda yığıncaq iştirakçılarını və  Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevi əmin etmişdir ki, cari ildə fəaliyyətlərini yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində səfərbərliyə almaqla icra orqanları qarşısında qoyulmuş vəzifələr səviyyəsində yerinə yetirəcəklər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev şəhər ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağında geniş və məzmunlu nitq söyləmişdir. Bildirmişdir ki, ölkəmizdə gedən bütün bu uğurlu inkişafın, nailiyyətlərin ilham mənbəyi məhz Ulu öndər Heydər Əliyevin uzun illərə hesablanmış müdrik siyasətinin nəticəsidir. Azərbaycan xalqı bu mənada xoşbəxt xalqdır ki, onun dünya şöhrətli cənab İlham Əliyev kimi qurucu, yaradıcı, beynəlxalq aləmdə öz nüfuzu ilə seçilən Prezidenti vardır. Azərbaycanı və eləcə də ölkəmizin bütün regionlarını xoş gələcək gözləyir.
2019-cu ildə qarşıda duran vəzifələrdən də danışan Əhəd Abıyev bütün işlərə ciddi nəzarət etdiyini və hər bir icra nümayəndəsinin qarşısında konkret tapşırıqlar qoyulduğunu bildirib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində bundan sonra da tədbirlərin görülməsi məqsədilə aidiyyəti şəxslərə təlimat və tapşırıqlarını verib.

****
Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib

Yanvarın 25-də rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun iştirakı ilə Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib.
Tədbirdə hesabat  məruzəsi ilə çıxış edən  Kürdəmir  şəhər  inzibati  ərazi nümayəndəsi   İlqar  Salmanov  2018-ci  ildə  görülən  işlər  və  2019-cu ildə qarşıda  duran   vəzifələr   barədə  yığıncaq   iştirakçılarına   ətraflı  məlumat  verdi. Məruzədə  qeyd  olunub ki, hesabat   ilində  rayonda  tikinti , quruculuq  və abadlıq   işləri  geniş vüsət  almış , şəhərin   küçə   meydanlarının   abadlaşdırılması  ilə  bağlı  təxirə salınmaz tədbirlər gerçəkləşdirilmişdir.
Daha sonra Kürdəmir şəhər  bələdiyyəsinin sədr müavini  Məzahir Qasımov, Kürdəmir  rayon  Kommunal  Müəssisələri  Kombinatının  direktoru Emil Sadıqov, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov, şəhər sakini Seyfəddin Balayev və başqaları çıxış edərək dövlətimizin  başçısının   regionların   sosial-iqtisadi   inkişafı  istiqamətində həyata keçirdiyi işlərdən  razı qaldıqlarını, rayonlarda,  qəsəbə və  kəndlərdə  aparılan  quruculuq işlərini bəyəndiklərini bildiriblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov 2018-ci il ərzində şəhərin sosial-iqtisadi sahəsində görülmüş işləri geniş şərh edərək 2019-cu ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. Ceyhun Cəfərov  qeyd edib ki, 2018-ci ildə şəhər ərazisində xeyli işlər görülmüş, irimiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. O vurğulayıb ki, dövlət başçısının  bütün  tövsiyyə və  tapşırlıqları rayon rəhbərliyi tərəfindən uğurla icra olunur, şəhər  sakinləri öz fədakar əməyi ilə dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirirlər. Möhtərəm Prezidentimizin  rayonumuza  göstərdiyi  qayğı  və diqqət, aparılan  sistemli iş, inkişafın  yeni  hədəflərinin  müəyyən   edilməsi  onu   deməyə  əsas  verir  ki, 2019-cu ildə  nailiyyətlərimiz  daha da artacaq, şəhərimiz   daha  da  abadlaşacaq,  əhalinin  rifah  halı  gündən-günə  yüksələcəkdir.
Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.

****
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin illik hesabatı keçirildi

 

 

 

 

****
4 yanvar 2019-cu il tarixdə Quba Rayon İcra Hakimiyyətinin akt zalında Quba rayon Ağsaqqallar Şurasının 2018-ci ildə gördüyü işlər və 2019-cu ildə təşkilat qarşısında duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
****
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

2018-ci ildə görülən işlərin yekunları və qarşıda duran vəzifələrə dair Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Fərhadov, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vurğulanıb ki, cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri ilə şəhərimizdə son illərdə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun rəhbərliyi ilə vacib layihələr həyata keçirilib. Keçirilən tədbirlər, aparılan abadlıq və yenidənqurma layihələri çərçivəsində 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xidməti ərazisində də 2018-ci il ərzində sosialyönümlü mühüm işlər görülüb. Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan tədbirlərin mərhələli həyata  keçirilməsi sayəsində bu gün şəhərimizin siması müasirləşir, əhalinin sosial rifahı yaxşılaşır,müasir infrastruktur yaradılır. Şəhərimizdə zəruri sosial obyektlərin və istehsal sahələrinin qabaqcıl texnologiyalar əsasında tikintisinə böyük diqqət göstərilir.
Qeyd olunub ki, şəhərdə uzun müddət həllini gözləyən ən böyük problemlərindən biri də yaşayış binaların dam örtüklərin yenilənməsi məsələsi olmuşdur ki, ötən il nümayəndəliyin xidməti ərazisində 88 binanın dam örtüyü vurulub. Bununlada xidməti ərazidə mövcud 274 yaşayış binasından artıq 254 binada dam örtüyü vurulması işi yekunlaşıb, qalan binalarda işləri cari ildə yekunlaşacağı planlaşdırılır. 17 binanın fasadı rənglənib, .9, 10, 12, 13,17-ci mikrorayonlarda yaşayış binalarında bütün girişlər işıqlandırılıb, 417 girişdə dəmir qapı qoyulub, 231 giriş təmir edilib, bu sahədə işlər davam etdirilir.
Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir. Hesabat dövründə nümayəndəlik ərazisində ümumilikdə 100min  kv.metrə yaxın yol asfaltlanıb, 5230 p/m bardür dəyişdirilib.
9, 10, 12, 13, 17 mikrorayonların ərazisində uşaq şəhərcikləri və idman meydançaları yaradılıb, kölgəliklər, oturacaqlar təmir edilmiş və quraşdırılmaqla 8 ünvanda abad məhəllələr yaradılıb.
Hesabat dövründə şəhərin təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin artırılması, təlimtərbiyənin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb.21 nömrəli məktəbin damı yenilənib, ərazisi asfaltlanıb, fasadı rənglənib, mini futbol meydançası tikilərək istifadəyə verilib.
Bildirilib ki, görülən işlərlə yanaşı bir sıra həlli vacib problemlər qalmaqdadır, cari ildə mövcud problemlərin həlli məqsədilə digər qurumlarla yanaşı nümayəndəliyin qarşısındada yerinə yetirilməsi vacib vəzifələr dayanır .
Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.

****
Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

24 yanvar 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının inzibati binasında Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nazir Bəşirov hesabat dövründə görülən işlər barədə ətraflı məlumat vermişdir. Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov hesabat dövründə görülən işləri qənaətbəxş hesab etmiş, əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial sahələrdə yüksəlişdən danışmışdır.
Sonda rayon icra hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb etmişdir.

****
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi

Tərtər şəhər İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

Yığıncaqda Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənovun hesabatı dinlənildi. İcra nümayəndəsi bildirdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.

Artıq əhalinin işıq, içməli su problemi yoxdur. Rayonumuz 100 faiz qazlaşdırılıb. Şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görülüb.

Hesabat yığıncağında çıxışlar oldu. Rayon mənzil istehsalat istismar idarəsinin rəisi Hafiz Ələkbərov, su-kanal idarəsinin rəisi Elnur Abbasov, kommunal təsərrüfatı idarəsinin mühəndisi Adil Əhmədov, Tərtər Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Tərtər Regional Qaz İstismarı İdarəsi rəisinin Tərtər xidmət sahəsi üzrə müavini Müxlis Əmirov, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə çıxış etdilər. Onlar öz çıxışlarında ötən il ərzində şəhərin sosial-iqtisadi inkişafını təmin etmək və Tərtəri daha da abad, gözəl, füsünkar bir məkana çevirmək üçün görülən tədbirlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğıdan danışdılar, hazırda mövcud olan problemlərə və nöqsanlara münasibət bildirdilər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışdı, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.

****
Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir

Yanvarın 24-də Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Şəhər icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Həsənov yığıncaqda hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, icra hakimiyyəti başçısının 2012-ci il 7 dekabr tarixli sərəncamı ilə yaradılan və 2013-ci ilin yanvarından tam tərkibdə formalaşaraq fəaliyyətə başlayan nümayəndəlik öz işini təsdiq edilmiş perspektiv iş planları əsasında qurmuş və şəhərin müvafiq xidmət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərmişdir. 2018-ci il ərzində şəhərin 13 məhəlləsində şəhər icra hakimiyyəti başçısının məhəllə sakinləri ilə  səyyar görüşü təşkil edilmiş, sakinlərin şikayət və təklifləri dinlənilmişdir. Səyyar qəbul zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, yeni yaşayış massivlərinə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su problemlərinin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur.
Qeyd olunmuşdur ki, şəhərdə kommunal xidməti sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsinə diqqət artırılmışdır.   Prospekt və küçələrdə istismar müddətlərini başa vurmuş qaz boruları yeniləri ilə əvəzlənmiş, istismara yararsız qaz tənzimləyici şkaflar dəyişdirilmiş, elektrik transfarmatorlarının təzələnməsi  və təmiri ilə bağlı xeyli işlər görülmüşdür.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 2018-ci ilin Şəkinin iqtisadi və mədəni həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olduğunu bildirmişdir. O qeyd etmişdir ki, oktyabr ayının 29-da cənab Prezident Şəkiyə səfər etmiş, bir sıra obyektlərin açılışında iştirak etmiş, Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı, Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ilə əlaqədar, həmçinin 51 km uzunluğunda avtomobil yolunun, Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamlar imzalamışdır. İcra başçısı vurğulamışdır ki, cənab Prezident qısa müddət ərzində şəhərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin aparılması üçün 18 Sərəncam imzalamışdır. Füsunkar təbiəti, qədim tarixi abidələri ilə məşhur olan Şəkinin respublikanın turizm mərkəzlərindən birinə çevrildiyini vurğulayan icra hakimiyyətinin başçısı, bura gələn turistlərin sayının ilbəil artdığını, şəhərdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, festivalların keçirildiyini diqqətə çatdırmışdır.
İcra hakimiyyətinin başçısı Şəkidə həyata keçirilən layihələrdən söz açmış, qarşıda duran yeni vəzifələrdən bəhs etmiş, tapşırıq və tövsiyələrini vermişdir.

 

Orxan