Bölgələrdə qurtuluş günü – Foto

Gənclər və idman nazirliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Bu gün gənclər və idman nazirliyinin kollektivi 15 iyun Azərbaycanda Qurtuluş Günü ilə əlaqədar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Nazir müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, Fərhad Hacıyev, aparat rəhbəri Rüfət Həsənov, nazirliyin əməkdaşları, gənclər təşkilatlarının rəhbər və üzvlərinin iştirak etdikləri ziyarətə ümumilikdə 200-dən artıq şəxs qatılıb.

 

*****

Siyəzən Rayon Heydər Əliyev Mərkəzində “15 İyun Milli Qurtuluş Günü” nə həsr edilmiş sərgi təşkil edilmişdir

*****

Milli Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub

1993-cü il iyun ayının 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddəratının həll edildiyi bir vaxtda ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq çətin və şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu gələcəyə inamla irəliləyən güclü və sabit bir dövlətə çevirib. Dahi öndərin ölkə rəhbərliyinə qayıdışının – Milli Qurtuluş Gününün 25 illiyi ölkəmizdə geniş qeyd olunur, ümummilli liderin Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.

Milli Qurtuluş Günü Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında geniş qeyd olunub, bayram münasibətilə nazirliyin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı fədakar xidmətlərindən, Ümummilli Liderin Azərbaycanda müasir ədliyyə sisteminin yaradılmasına və fəaliyyətinə qayğısından bəhs edib, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış böyük nailiyyətləri vurğulayıb.

Həmçinin ədliyyə orqanlarına qulluğa qəbul olunmuş bir qrup gənclərlə görüş keçirilib.

Gənclər əvvəlcə Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil qoyublar.

Görüşdə nazir müavini Toğrul Musayev ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, titanik fəaliyyətindən, ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının təminatı, dövlət quruculuğu istiqamətində misilsiz xidmətlərindən danışıb, dahi öndərin hüquq-mühafizə orqanlarında kadrların seçilib yerləşdirilməsi, onların Azərbaycan dövlətinə sədaqətlə xidmət etməsi, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olması ilə bağlı tələblərini xüsusilə diqqətə çatdırıb, ölkə başçısının rəhbərliyi ilə aparılan dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilən tədbirləri qeyd edib.

Çıxış edən gənclər dahi öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı naminə sədaqətlə xidmət göstərəcəklərini vurğulayıb, onlara bu əziz bayram ərəfəsində göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Bayramla əlaqədar nazirlikdə Heydər Əliyev Muzeyində əbədiyaşar liderimizin həyatı və fəaliyyəti, zəngin dövlətçilik irsi ilə bağlı yeni foto və ekspozisiyalarla tanış olunub, kinozalda ümummilli liderə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib. Əməkdaşlar, həmçinin Nizami Kino Mərkəzində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Qılınc və Qalxan” sənədli filminə tamaşa ediblər.

15 iyun Milli Qurtuluş günü qeyd edildi.


Ağdaşda 15 iyun-Milli Qurtuluş günü qeyd olundu.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoymaqla ümummilli liderin xatirəsinə ehtiramlarını bildirdilər.
Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə  Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin XX əsrin böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin  memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, dahi şəxsiyyət,  dövlətçilik tariximizin siyasət nəhəngi olan  böyük öndərin adının Azərbaycan xalqının simvoluna, əməlləri, həyatı və dövləti fəaliyyətinin doğma xalqına və torpağına  sədaqət  nümunəsi  olduğu, Milli Qurtuluş gününün isə Azərbaycanın unudulmaz tarixinə çevrildiyi diqqətə çatdırdı.
O çıxış edərək qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixi ilə bağlı tədbirlərə xüsusi əhəmiyyət verilməli, yerlərdə keçirilən tədbirlərdə hədəf kütləsi düzgün müəyyənləşdirilməklə daha çox gənclərin iştirakı təmin edilməlidir.
Çıxış edən digər natiqlər qeyd etdilər ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil dövlət olaraq  dünya birliyi ölkələri sırasında  dinamik  inkişaf edərək, qazandığı uğurlarla regionun söz sahibi olan  güclü  dövlətə çevrilmişdir.
Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi müstəqil  Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.


15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ Ağstafada izdihamla qeyd olundu

15 iyun Milli Qutuluş Günü münasibəti ilə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş bayram konserti keçirildi. Ümumrayon  tədbirində Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtirama yad etdilər.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkının mərkəzində quraşdırılmış səhnənin önündə tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açdı. Qeyd olundu ki, 1993-cü ilin iyun ayının 15-i Azərbaycan tarixinə milli qurtuluş günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtardı. Ö xilaskar missiyası ilə Heydər Əliyev respublikanın müstəqilliyini qorudu , ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir , regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu , onun ən böyük tarixi  nailiyyətini müstəqilliyini təmin etdi. Həmin gün xalqın inadlı tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali sovetin Sədri seçilir. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibə və parçalanma təhlükəsindən xilas oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa  olundu. Bu gün də ölkəmiz Ulu Öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi daha da çiçəklənir və inkişaf edir.
Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

15 İyun – Milli Qurtuluş Günü münasibətilə təntənəli yığıncaq keçirilib

Görkəmli dövlət və siyasi xadim olan böyük öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm hadisə kimi daxil olub. Bu qayıdış ölkəmiz üçün hazırlanan məkrli planların qarşısına sipər çəkib, siyasi varlığımıza doğru uzanan xain əlləri kəsib. Bu qayıdış, həm də müstəqilliyimizin əbədi və dönməzliyini, Azərbaycanın regionun ən qüdrətli dövlətinədək yüksəlməsini təmin edib.
Bu fikirlər iyunun 13-də Ağsu rayonunda Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini təşkil edən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən təntənəli yığıncaqda söylənilib. İştirakçılar əvvəlcə şəhərin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunan “Tarixin şanlı səhifələri” adlı videoçarx nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında, eləcə də icra hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusundakı məruzəsində ulu öndər Heydər Əliyevin Vətəni, xalqı qarşısındakı böyük xidmətləri bir daha yada salınıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Prezidenti seçildikdən sonra vətəndaş müharibəsinin qarşısı alınıb, cəbhədə atəşkəs təmin olunub. Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, sabitliyin bərpası, demokratik və hüquqi dövlət quruculuğu və digər sahələrdə gərgin işlərə başlanıb, nəhayət ölkə inkişaf yoluna çıxarılıb.
Məruzə və çıxışlarda Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın fəth etdiyi yeni zirvələrdən danışılıb, bu sahədə həyata keçirilən böyük layihələrin, iyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Türkiyənin Əskişəhir şəhərində açılışı olan yeni qlobal layihənin – TANAP-ın ölkəmizə gətirəcəyi iqtisadi və siyasi dividendlərdən söz açılıb.
Təntənəli yığıncaqdan sonra “Heydər Parkı”nda bayram konserti olub.

*****

Nəsimi rayonunda 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş silsilə tədbirlər davam edir

15 iyun- Milli Qurtuluş günü münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq rayonun Zabitlər parkında sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir.

Tədbirdə Nəsimi  rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik etdi. Bildirdi ki,  15 iyun – Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və xalqımızın uzun əsrlər həsrətində olduğu azadlığın xilas gününün bayramıdır. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olma təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə müstəqilliyimizi qorudu. Respublikamızda tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Mlli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə  verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün daha da artır.

Ulu öndərin tarixin çox mürəkkəb, dramatik və məsul bir dövründə xalqın əsrlərdən gələn azadlıq və istiqlal arzularını gerçəkləşdirərək, müstəqil və suveren Azərbaycan Respublikasını qurması onun dövlətçilik fəaliyyətini daha parlaq şəkildə nümayiş etdirdi.

G. Verdiyeva çıxışına davam edərək bildirdi ki, Heydər Əliyevə iqtisadiyyatı dağılmış, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşmüş, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan bir dövlət miras qalmışdı. Böyük siyasət ustası, tanınmış dövlət xadimi Heydər Əliyev bütün varlığı ilə xalqının, canı qədər sevdiyi Azərbaycanın müstəqillik taleyini qorumağa, dövlətçiliyi xilas etmək missiyasına başladı və qısa  bir zamanda ölkəsini əbədi müstəqillik yoluna çıxardı.

Bayram şənliyində tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuş, uşaqalar parkdakı oyun – əyləncə qurğularından istifadə edərək əylənmişlər.  Tədbirdə 111 saylı tam orta məktəbin və  2 saylı Uşaq Gənclər İnkişaf  Mərkəzinin şagirdləri  konsert proqramı ilə çıxış etmişlər.

*****

Suraxanıda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə konfrans keçirilmişdir

Suraxanı rayonunda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə silsilə tədbirlər keçirilir. Novbəti tədbir “Heydər Əliyev və tarixi qayıdış” mövzusunda konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təşkil olunmuşdur.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Poçt markaları və kitab sərgiləri ilə tanış oldular və Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filminə baxdılar.
Dövlət himni səsləndirildikdən sonra konfransda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir.
Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri  istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.
Ulu Öndər 1993-cü ildə 15 iyun tarixdə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.
Ümummilli Lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrmişdir.
Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada  Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir.
Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki,  Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırır. Bu şah əsər bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında özünün daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyinin dönməz və əbədi edilməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı daim xalqımız tərəfindən uca tutulmuş və bundan sonra da uca tutulacaqdır.
Konfransda çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, Müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı ümumilikdə dövlətçiliyin inkişafı  Ulu Öndərin adı ilə bağlıdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz Ümummilli Lider Heydər Əliyevdir. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.
Ulu Öndərin ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsi idi. Azərbaycanın öz maraqlarına uyğun işlənib – hazırlanmış müstəqil siyasi kursu da Heydər Əliyevin əsəridir. Bu gün də həmin kurs böyük uğurla davam etdirilir. Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasəti, eyni zamanda, uzun illər boyunca öyrəndiyimiz və öyrənəcəyimiz Heydər Əliyev irsi  dövlətçiliyimizin, dövlət quruculuğunun gələcəyi üçün də yetərli təminatdır.
Konfransda çıxış edən Milli Məclisin deputatları Rafail Cəbrayılov, Fəzail Ağamalı, Sevinc Fətəliyeva, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən  açıq dərslərin tədrisində fərqlənən müəllimlər, rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxr Fərmanı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə məktəblilər arasında keçirilmiş inşa yazı və rəqsm müsabiqəsində fərqlənən şagirdlər isə rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnaməsi ilə təltif olundular.

*****

15 İyun – Qurtuluşun zəfər çaldığı gündür

 İyun ayının 14-də Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor,  YAP Siyasi Şurasının üzvü İradə Hüseynova, Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları rəsm və kitablardan ibarət sərgiyə baxdılar.
Öz çıxışında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib. V.Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyini və ulu öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. Natiq bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını bildirib.
Tarix elmləri doktoru, professor  İradə Hüseynova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etdi. Natiq öz çıxışında qeyd etdi ki, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır – Heydər Əliyevdir!    İradə Hüseynova bildirdi ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük Insan, nəhəng Şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü ölkəmizdə bayram elan etdi. İradə Hüseynova vurğuladı ki, əslində Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Şimaldan, cənubdan və qərbdən çirkin əllərini ölkəmizə uzadan mənfur niyyətli məkrli siyasətbazların qarşısına möhkəm bir sədd çəkildi. Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsindən sonra Azərbaycan dövlətinin xilası və gələcəyinin müəyyənləşdirilməsi məsuliyyəti Ulu Öndərin üzərində qaldı.  Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Dahi siyasətçi Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatların reallaşdırılması, bazar iqtisadiyyatının bərqərar olunması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının və aqrar islahatın həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur və bu günki uğurlarımızın əsasında dayanan başlıca faktorlar kimi qəbul edilməlidir.
Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir, – deyən İradə Hüseynova xüsusi vurğulayır ki, – Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi doğurur. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmizin sürətli tərəqqi yolu ilə inamla addımlamasının əyani sübutudur.
Bayram tədbiri Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirildi. Rayon məktəbliləri tərəfindən hazırlanmış musiqili və bədii səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi. Tədbir zamanı tanınmış incəsənət ustaların çıxışları bayrama xüsusi rəng qatmışdır.
*****

Sabunçu rayon könüllüləri “15 iyun – Milli qurtuluş günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində

 13.06.2018-ci il tarixdə “15 iyun – Milli qurtuluş günü” ilə əlaqədar olaraq Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Sabunçu rayon könüllülərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova,  Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədovanın iştirakı ilə təşkil olunan ekskursiyada Sabunçu rayon könüllüləri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Heydər Əliyev muzeyi”, “Azərbaycan inciləri” və “Mini Azərbaycan” muzeyləri ilə tanış oldular.
Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Sabunçu rayon könüllüləri üç mərtəbədən ibarət muzeydə Ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlarla tanış olaraq, Ulu Öndərin keçdiyi şərəfli həyat yolu barədə zəngin məlumatlar əldə etdilər.
“Azərbaycan inciləri” və “Mini Azərbaycan” muzeylərində nümayiş olunan, öz qədimiliyi və zəngin tarixi ilə seçilən eksponatlar da könüllülərdə xüsusi maraq yaratdı.
Sabunçu rayon könüllüləri Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrıldılar.
*****

15 İyun: Azərbaycanın müasir tarixinin dönüş anı.

Balakəndə 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olundu. İyunun 13-də rayon icra hakimiyyətinin aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Mədəniyyət Mərkəzində 15 İyun-Milli Qurtuluş günü ilə əlaqədar konfrans keçirildi.
Konfransda  məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə möhtəşəm qayıdışı Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz dönüşü ilə dövlətimizi və xalqımızı xilas etdi. Ulu Öndər həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Həmin tarixi qayıdış olmasaydı, bəlkə bugünki Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı etibarlı şəkildə alındı.
Ulu öndər Heydər Əliyev ölkəmizdə dövlətin yaşaması, mövcudluğu üçün çox  zəruri olan idarəçilik məktəbi yaratdı. Bu məktəbin ən kamil yetirməsi cənab İlham Əliyev bu gün xalqın məhəbbətini qazanıb. İslam Rzayev qeyd etdi ki, İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət respublikamızın hər bir bölgəsində olduğu kimi Balakən rayonunda da artıq öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığına əsasən rayonda kənd təsərrüfatının, o cümlədən qarğıdaçılığın, tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi əhalinin məşğulluq səviyyəsinin və maddi rifah halının yüksəldilməsinə öz təsirini göstərir, rayonun mövcud iqtisadi potensialından və əmək ehtiyatlarından maksimum istifadə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın, xüsusilə aqrar sektorun inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Balakən rayonunda uğurla icra edilir.
Konfransdan sonra Gəncə Dövlət Dram Teatrının ifasında Aydın Murovdağlının əsəri əsasında səhnələşdirilən ulu öndər Heydər Əliyevə həsr olunan  “Alın yazısı” tamaşası nümayiş olunub.


Biləsuvarda “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirildi.

14 iyun 2017-ci il tarixdə Biləsuvar rayon Mərkəzi parkında “15-iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  15 iyun-Milli Qurtuluş günü bayramı münasibətilə rayon əhalisini təbrik etdi və xoş arzularını bildirdi.
M.Quliyev resublikamızda həmin dövrdə baş verən proseslərlə bağlı məlumat verərək qeyd etdi ki, “1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, ölkəni vətəndaş müharibəsindən qurtardı. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib.Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.”.
M.Quliyev bildirdi ki, hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.
Sonra rayonun tanınmış incəsənət xadimləri geniş konsert proqramı ilə çıxış etdilər.


Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunmuşdur.

YAP Bərdə rayon təşkilatının akt zalında  15 İyun – Milli Qurtuluş gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Konfrans başlamamışdan öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad eilmişdir.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Konfransı rayon İcra Hakimiyyətinin başçısının müavini, Yap Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq   ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmış, o zaman ölkədə baş verən hadisələri bir daha xatırlatmışdır. Bildirmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Konfransda  rayon Prokuroru Fəxrəddin Məmmədov,   hərbi korpus komandirinin hüquq məsələləri üzrə köməkçisi Rahib Məmmədov, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi Şəbnəm Hüseynova, Bərdə Regional “ASAN Xidmət” mərkəzinin əməkdaşı Şamxal Yaqubov və başqaları çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışmışlar.
Konfrans bayram əhval-ruhiyyəsi ilə yekunlaşmışdır.


Cəbrayıl rayonunda “15 İyun – Milli Qurtuluş Gününü” qeyd edildi

15 iyun 2018-ci il tarixdə Cəbrayıl rayonunda “15 İyun – Milli Qurtuluş Günü” münasibəti ilə ümumrayon  tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qodular, Ümummili Liderin əziz xatirəsini ehtiramla yad etdilər.

“Milli Qurtuluş Günü” bayramının tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildi.


Cəlilabadda Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

İyunun 14-də Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoymuşlar.İştirakçılar Cəlilabad rayon uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdləri Əminə Əhmədova və Elmar Abdullazadənin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə Cəlilabad RİH başçısı Namiq Zeynalov açaraq bayram təbriklərini iştirakçılara çatdırdı.Namiq Zeynalov 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. Namiq Zeynalov yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını vurğulayan RİH başçısı qeyd edib ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoydu. Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP boru kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin açılışı kimi möhtəşəm tədbirlər Prezident İlham Əliyevin siyasi təntənəsi olmaqla yanaşı, Azərbaycanın region və dünya üçün geoiqtisadi əhəmiyyətini daha da artırır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə Azərbaycanın ən çətin vaxtlarında xalqın istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə, müasir biliklərə yiyələnməsinə böyük önəm verib, gənclər üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindən biri olub.Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonda Azərbaycan tarixində yeni və parlaq səhifə açılmışdır.
Tədbirdə YAP-Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı,Cəlilabad şəhər 8 saylı tam orta məktəbin direktoru Qərənfil Əhmədova ,Günəşli kənd 1 saylı tam orta məktəbin direktoru Kəramət Həsənov və ADPU-nin Cəlilabad filialının I kurs tələbəsi Mətanət Əzizova dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar.
Tədbir axşam saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında respublikanın tanınmış incəsənt ustalarının konsert proqramı  ilə davam etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


“Milli Qurtuluş günü” qeyd olundu.

Horadiz şəhər Heydər Əliyev Mərkəzində “Milli Qurtuluş günü”  ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.


15 İyun – Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, bu günlərdə xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin – xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü, 15 İyun-Milli Qurtuluş Gününü böyük bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Ulu öndərin 25 il əvvəl – 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısı alınmış, dövlətimizin ərazisinin parçalanması təhlükəsi aradan qalxmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi başlanmışdır.
Hamımıza məlumdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, xalqın heç bir dəstəyi olmadan hakimiyyəti ələ keçirmiş, xalq tərəfindən seçilməmiş ozamankı iqtidar Ermənistanın dövlətimizə qarşı açıq hərbi təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi təxirəsalınmaz tədbirləri həyata keçirmək əvəzinə, yalnız öz hakimiyyətini qorumağa çalışırdı. O zaman xalq hərəkatı dalğasında siyasi səhnəyə çıxan Azərbaycan Xalq Cəbhəsinin liderləri ilə iqtidar arasında hakimiyyət davası gedir, ölkədə xaos, özbaşınalıq hökm sürür, ayrı-ayrı şəxslərə, siyasi qruplara məxsus qanunsuz silahlı dəstələrin yaradılması Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi. Belə bir vəziyyətdə Ermənistanın silahlı qüvvələri torpaqlarımızın işğalını genişləndirirdi və bu da Azərbaycan xalqına qarşı bəşər tarixinin ən böyük qırğınlarından olan Xocalı soyqırımının həyata keçirilməsi ilə nəticələndi. Hakimiyyətdən uzaqlaşdırılan Ayaz Mütəllibov rejimini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan Azərbaycan Xalq Cəbhəsi əvəz etdikdən sonra çox keçmədi ki, ölkəmiz böyük problemlərlə üz-üzə qaldı.
Belə bir vəziyyətdə Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürürdü. Hər gün ölkənin müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir və Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, digər tərəfdən, özünün yaratdığı problemlərdən çıxış yolu tapa bilməyən AXC–Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanı xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşdü.
Həmin il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən şanlı günlərindən biri yaşandı: Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu öndər fədakarlıqla: “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, – söylədi.
Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın əsl memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımız sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya elminə sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsinə, bir sözlə, müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, yenilməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.
15 iyun tarixi eyni zamanda Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümü olduğunu vurğulayan natiq ulu öndərin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müstəqil dövlət kimi dünyada tanındığını, iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulduğunu, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və iri miqyaslı enerji layihələrini həyata keçirdiyini vurğuladı.
Sonra tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi və onun siyasi fəaliyyəti haqqında məruzə edərək o dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu Öndər böyük risklərə baxmayaraq, xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü. Biz bu gündə bu Qurtuluşun bəhrələrini görür və həyatımızda hər an hiss edirik.
Sonda rayon icra hakimiyyəti başçısı tədbir iştirakçılarını bir daha bayramlar münasibətilə təbrik etdi, son illər cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramlarının uğurla icra edildiyini və 2018-ci ildə cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda görüləcək işləri diqqətə çatdırdı.


Lənkəranda Milli Qurtuluş Günü qeyd olunub

Orxan