Bölgələrdə yeni poçt binaları tikilib

14

Azərbaycanda daha iki poçt şöbəsi üçün yeni bina tikilib

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) əhalinin poçt-maliyyə xidmətlərindən daha rahat şəraitdə istifadəsinə xüsusi diqqət yetirir.

Ölkənin hər bir regionunda müasir standartlara uyğun yeni poçt şöbələri tikilərək vətəndaşların istifadəsinə verilir. Kürdəmir PF-nin Qarasu və Salyan PF-nin Şəkərli PŞ-lərinin yeni binalarının tikilməsi də bu qəbildəndir.

Sözügedən poçt şöbələrinin Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 140-cı ildönümü ərəfəsində, oktyabrın 8-də istifadəyə verilməsi planlaşdırılır.