Bolqarıstanın baş naziri Bakıya gələcək

Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya səfərə gələcək.

XALQ.AZ xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən  verilən məlumata görə, bildiriblər ki, Baş nazir martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, B.Borisov mərkəzin ötən il Nyu-Yorkda keçirilən toplantısında da iştirak edib. Nizami Gəncəvi Beynəlxlalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndələri ilə yaxşı əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Georgi Pırvanov və Roşen Pnevneliyev Mərkəzin üzvləridir.

Xatırladaq ki, VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının qatılması gözlənilir.

 

Orxan