Bomba əlində partladı (FOTO)

1

İrlandiyada maraqlı hadisə baş verib.

Xalq.az-ın məlumatına görə, bomba mütəxəssisi yaz saatına keçidi unudaraq böyük bir faciənin qurbanı olub. İrlandiyanın paytaxtı Dublində yaşanan hadisə ölkədə şok təsiri yaradıb.

Polisin verdiyi məlumata görə, bomba mütəxəssisi bir nəfər xüsusi bir vasitə ilə avtomobilə bomba yerləşdirərkən gözlənilmədən partlayış baş verib. Terror əməliyyatı planlayan şəxs bombaya yerləşdirdiyi saatın yaz vaxtına keçidi unudaraq düzgün quraşdırmayıb. Nəticədə bombanın saatı öz-özünə bir saat irəli çəkilməsi ilə gözlənilmədən partlayış olub.

O anlar təhlükəsizlik kameraları tərəfindən də qeyd edilib. Səlahiyyətlilər hadisədən sonra bombalı hücumla bağlı maraq detalları araşdırır.

11