Boris Conson xəstəxanaya yerləşdirildi

Ötən ayın axırlarında koronavirusa yoluxan İngiltərənin Baş Naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

XALQ.AZ xəbər verir ki, o, yüksək temperatur səbəbiylə xəstəxanaya müraciət etməli olub.

Qeyd edək ki, koronavirus testi pozitiv çıxan Boris Conson ev şəraitində izolyasiya olunurdu.