Böyük qiymət artımı nəzərdə tutulmayıb

82

 

Siyavuş Novruzov Azərbaycanda enerjidaşıyıcılarının qiyməti digər ölkələrdən kifayət qədər aşağı olduğunu deyib

“Tarif Şurasının enerjidaşıyıcı qiymətlərini artıracağı ilə bağlı hələ ki, bir qərar yoxdur. Olsa da, orda fərq o qədər də böyük olmayacaq. Yəni elə bir ciddi artım nəzərdə tutulmur”. Xalq.az-ın  məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə bildirib.

“Bu saat Azərbaycanda enerjidaşıyıcılarının qiyməti digər ölkələrin hamısından kifayət qədər aşağıdır. O baxımdan da burda bir uyğunlaşdırma aparıla bilər. Ancaq böyük qiymət artımı nəzərdə tutulmayıb. Bizdə elektrik enerjisi, su, qazın qiymətləri MDB ölkələrinin əksəriyyəti ilə müqayisə aşağıdır. Burda 2 dəfə, ya 50 faiz artımdan söhbət getmir. Ola bilər hər birində 5-10 faiz dəyişiklik olsun”,- deyə Siyavuş Novruzov vurğulayıb.