“Bozbash pictures”in Ağsaqqalının biznesledisi-Fotolar

“Bozbash pictures”in aktyoru Azər Baxşəliyev toy etməyə hazırlaşır.
Aktyorun nişanlısı Nigar Seyidova adlı xanım bir çoxlarına rəsm əsərləri ilə tanışdır. Onun hətta sərgiləri də keçirilib. Onlardan biri də “Natavan” rəsm qalereyasında baş tutan “Şəhər eskizləri” adlı sərgi olub.
N.Seyidova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur.
O, eyni zamanda bizneslə də məşğuldur. Belə ki, rəssam əl işlərinin əks olunduğu telefon qablarının satışı ilə məşğul olur.
Qeyd edək ki, cütlüyün nişanı yanvarda baş tutub. Azər və Nigarın bu ilin yazında nikah masasına oturacaqları qeyd edilir.
A.Baxşəliyev “Bozbash pictures”dəki Ağsaqqal obrazı ilə tanınır.
 ///axsam.az