BP Azərbaycana 69 milyard dollardan artıq sərmayə yatırıb

Son 25 ildə tərəfdaşlarımızla birgə əməliyyatçı olduğumuz layihələrə 69 mlrd. dollardan artıq sərmayə qoymuşuq.

XALQ.AZ xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər. Şəffadlıq. İnkişaf” adlı konfransda çıxış edən “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Məlum olub ki, təkcə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda indiyədək 3,3 mlrd. barel neft hasil edilib:

“Həmçinin, 32 mlrd. kubmetr səmt qazını təmənnasız dövlətə vermişik. “Şahdəniz” layihəsi çərçivəsində 89 mlrd. kubmetr qaz və 176 mln. barel kondensat hasil olunub”.

RƏSUL