BP və Azərbaycan yeni saziş imzalayacaq

Saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək

BP və Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokuna dair saziş imzalayacaq.

XALQ.AZ xəbər verir ki, bu barədə  məxsusi açıqlamasında “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək: “Bu sahədə əhəmiyyətli miqyasda neft ehtiyatları mövcud ola bilər. Artıq bütün lazımi işlər görülüb və sazişin imzalanmasının yaxın günlərdə baş tutması planlaşdırılır”.

Xatırladaq ki, 2016-cı il mayın 24-də Bakıda BP və SOCAR arasında Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verib.

 

Elgün