“Bravo” supermarketlər şəbəkəsinin rəsmi “İnstaqram” hesabında paylaşdığı vakansiya elanına gələn şərhlər diqqət çəkib.

XALQ.AZ Pravda.az-a  istinadən xəbər verir ki, şirkətin elanda qeyd etdiyinə görə, mal qəbulçusu, qəssab və çörəkçi işləyənlər 6 ay sonra müdir müavini, şöbə başçısı, 1 il sonra isə mağaza müdiri ola bilərlər.

“Bravo”nun bu vədi uzun müddətdir, bu marketlər şəbəkəsində çalışan işçilərin etirazına səbəb olub.

 

Yazılan şərhləri təqdim edirik:

“4 illik işçinizi niyə vəzifə ilə təmin etmirsiniz? Olduğu mağazada yer açıldığı halda başqa mağazadan adam gətirirsiniz, ancaq 4 ildir, işləyən universal işçinizi olduğu mağazada vəzifəsini artırmırsınız. Niyə hər kəs öz yaxın qohumlarını vəzifə ilə təmin edir? Niyə mağaza müdiri bölgə müdiri ilə dostdur deyə istədiyi işçiyə istədiyi kimi davranıb, “mobbing” tətbiq edir?”

 

“Bir çox böyük şəbəkələrdə işlədim və sonda “Bravo” həyatımın ən böyük səhvi oldu. Hələ məni stajlı işçi olaraq götürmüşdülər. Bir sözlə, işçiyə dəyər verməyən yeganə şəbəkədir “Bravo”. Başqa marketlərdə də işləmişəm, “Bravo”da bu iş sıfırdır”.

Elandakı maaşlara da etiraz edənlə rolub: “Adi fəhlə 900 AZN alır, 500-600 manat nə puldur? Satıcılara minimum 800 AZN versəniz, doğru olar”.

 

“Bravo” şərhlərə heç bir mövqe bildirməyib.


media-ads728x90

Bənzər xəbərlər