Brilliant Dadaşovanın oğlu əsgər gedir

Brilliant Dadashova

Xalq artisti Brilliant Dadaşovanın medianın gündəmindən əksik olmayan oğlundan yeni xəbər var.

ANS televiziyasında yayımlanan “Günə baxan” verilişində qonaq qismində iştirak edən xalq artisti maraqlı açıqlamalar verib. O bildirib ki, hal- hazırda Türkiyədə təhsil alan Cahad bu il əsgərliyə yollanacaq:

“Oğlum hər gün idmana gedirdi. Narahat olurdum, deyirdim ki, bəsdir, bir az ara ver. Sonra mənə dedi ki, əsgərliyə hazırlaşıram, prezident qvardiyasına gedib orada xidmət edəcəyəm. Buna görə də o, uzun müddətdir, bədənini idmana öyrəşdirir. Mən onun çalışıb vəzifə sahibi olacağını planlaşdırdığım ərəfədə, sən demə, onun arzuları başqa imiş”.

Xatırladaq ki, bir müddət öncə Brilliant xanım proqramlardan birində müsahibəsi zamanı qaynana olmaq arzusunda olduğunu dilə gətirib.

“Oğlum Cahad anadan olandan qaynana olmaq istəyirəm. Lakin oğlum hələ universitet bitirməlidir, əsgər getməlidir, daha sonra evləndirəcəm. Oğlumun dörd yaşından qızlara baxıb gəlin seçirdim. “Paris, London” mahnısını da oğlumun bəyəndiyi, xaricdə yaşayan qızla Cahada həsr etmişəm”- deyərək ifaçı fikirlərini bölüşüb.