Britaniya Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu

Böyük Britaniyanın Səhiyyə nazirinin müavini Nadin Dorris koronavirusa yoluxduğunu açıqlayıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

“Mən təsdiq edə bilərəm ki, koronavirus analizlərim müsbət nəticə verib. Mənə bu barədə məlumat verilən kimi bütün lazımi tədbirlər gördüm və özümü evdə izolyasiya edəcəyəm”, – Dorrisin açıqlamasında deyilir.  

Britaniya KİV-nin məlumatına görə, Dorris ötən cümə axşamı günü Baş Nazirin qəbulunda olub, özünü isə səhərisi gün pis hiss etməyə başlayıb.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı sutka ərzində 54 nəfər artaraq, 373-ə çatıb, ümumilikdə 6 nəfər dünyasını dəyişib.