BSU-da kollokviumlar ləğv edildi, qiymətlər endirildi…

Bakı Slavyan Universitetində (BSU) kollokviumlar ləğv edilib.

XALQ.AZ xəbər verir ki, ali təhsil müəssisəsindən Report-a verilən məlumata görə, BSU-nun rektoru, professor Nurlana Əliyeva bununla bağlı müvafiq qərar qəbul edib.

Bundan başqa, universitetdə dərslərin I növbədə 08:30-da başlanılması qərara alınıb və ali təhsil ocağının yeməkxanasında qiymətlər aşağı salınıb.

XALQ.AZ