“Bu asan deyil”

Nazir

Bu il Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı ciddi addımlar atılacaq. Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü surətdə dəyişəcək.
“Bu isə o qədər də asan bir iş deyil. Tibbi heyətin hazırlanması və digər işlər görülməlidir. Bu istiqamətdə hazırlıq işləri aparılır. Bu il ciddi addımlar atılacaq. İcbari tibbi sığorta səhiyyənin maliyyələşməsində həkim-xəstə münasibətlərində bütövlüklə yeni münasibətlərin yaradılmasını nəzərdə tutur”.

Nazir müavini icbari tibbi sığortanın tətbiq olunması ilə bəzi mənfi hallar köklü surətdə aradan qaldırılacağını düşündüyünü qeyd edib.