Bu, Azərbaycanın imicinə zərbə vurmaq üçün növbəti cəhddir

01

 

Xalq öz şüurlu seçimini edib

Bu gün bütün dünyadan dövlət başçıları İlham Əliyevə şəffaf və demokratik seçkilərin keçirilməsini alqışlayan və xalqın Prezidentə inam mandatını təsdiqləyən təbrik məktubları göndərməkdədir. Ölkədə bütün sahələrdə gedən inkişaf prosesinin davamlı olmasına verdiyi səsi ilə töfhə verən Azərbaycan xalqı bu seçkilərlə İlham Əliyevə dəstəyini növbəti dəfə nümayiş etdirib.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.

O qeyd edib ki, buna yalnız bu prosesin diskrediyasiyasını açıq-aşkar öz qarşısına məqsəd kimi qoyan müşahidəçiləri çıxmaq şərti ilə, bizim ölkəyə seçkiləri müşahidə etməyə gələn hamı şahidlik edib.

“Təmiz suyu bulandırmaq cəhdi”- ATƏT DTİHB-nun qiymətləndirmə missiyasının hesabatını başqa cür deyil, məhz bu cür adlandırmaq olar.

1990-cı ildə yaradılmış və əvvəllər “Azad seçkilər üzrə büro” adlanan DTİHB bu gün əvvəllər bəyan etdiyi məqsədlərə və vəzifələrə cavab vermir. Biz bunun növbəti dəfə şahidi olduq”.

Onun sözlərinə əsasən, müstəqil Azərbaycanın istənilən vətəndaşı üçün seçdiyi Prezident olub, var və olacaq:
Və onun əsas məqsədi ölkənin milli maraqlarına uyğun inkişaf kursunu müəyyən etməkdir. Məhz bu səbəbdən DTİHB tərəfindən Azərbaycandakı seçki prosesinə və seçkinin özünə verilən “qiymət”i məhz siyasi riyakarlıq adlandırmaq olar.

E.Aslanov vurğulayıb ki, Azərbaycanda seçkilər xarici qüvvələrin diktəsi altında deyil, ölkənin Konstitusiyasına, Seçki Məcəlləsinə uyğun keçirilib və keçiriləcək. Və müxalifət qəzetlərinin yazdıqları əsassız məlumatlara söykənən ATƏT DTİHB hesabatının dili və bu missiyanın seçkilərə inanılmaz səthi, ötəri yanaşmasıdır.

E.Aslanov qeyd edib ki, Qərb dövlətlərinin özləri ATƏT DTİHB-un əksər tövsiyələrini yerinə yetirmirlər, halbuki bu tövsiyələr ənənəvi olaraq ultimatum şəklində MDB dövlətlərini qarşısında qoyulur.

`ATƏT-in kəskin tənqidi və ultimatum xarakterli tonu böyük olmayan dövlətlər üçündür, amma bir sıra Qərb ölkəri üçün bu ton fərqlidir, yaltaqcasınadır və hətta yalvarışlıdır.

ATƏT DTİHB-un seçkilərin beynəlxalq müşahidəsinə dair qəbul etdiyi qərarlarda bu cür ikili standartlar ən azı təəccüb doğurur. Nəticə etibarilə bu qurum ikili standartlar siyasəti mövqeyindən çıxış edir`.

E.Aslanov onu da vurğulayıb ki, DTİHB-un bu təcrübəsi beynəlxalq seçki standartlarının və seçkilərə müşahidənin təşkili prinsiplərinin əsasını təşkil edən Kopenhagen sənədinin maddələrinə və ATƏT-in iştirakçı dövlətlərində vahid və bərabərhüquqlu şəkildə seçkilərin monitorinqinə dair müasir yanaşmalara cavab vermir.

“Azərbaycan ATƏT-i, bu faktın yenidən nəzərdən keçirilməsinə çağırır və DTİHB-un seçkilərin monitorinqinə dair obyektiv qiymətləndirmə mexanizminin işlənib hazırlanmasını təkid edir`.

E.Aslanov həmçinin qeyd edib ki, bu ilin qışında Ermənistanda keçirilən seçkilərdə seçki qanunvericiliyinin, insan hüquq və azadlıqlarının açıq-aşkar pozulmasına, eləcə də prezidentliyə namizədlərdən birinə edilən sui-qəsdə baxmayaraq ATƏT DTİHB Avropa Parlamenti və AŞPA-nın müşahidə missiyaları ilə birlikdə seçkilərə müsbət qiymət vermişdi.

`ATƏT DTİHB-un nəzərinə çatdırıram ki, İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin demokratik normalara uyğun gəldiyini vurğulayan, seçkilərin müvafiq standartlar səviyyəsində keçirilməsi ilə bağlı təbrik məktubları göndərən dövlət başçıları arasında ATƏT-ə üzv ölkələrin rəhbərləri və DTİHB-nun donorlarının da adları var.

İndi yalnız təəssüflə qeyd etməliyik ki, Azərbaycanın imicinə zərbə vurmaq və dünya ictimaiyyətini aldatmaq üçün növbəti cəhd baş verib`.