Bu banklar bağlanır

31 Yanvar 2018-ci il tarixinədək Azərbaycanın 30 bankının hamısı 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.

XALQ.AZ xəbər verir ki, “marja”nın araşdırmasına görə, 2017-ci ili 30 bankdan 19-uxalis mənfəət, 11-i isə xalis zərər ilə başa vurub.

Ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır. Özəl banklar arasında isə “Kapital Bank”, “PAŞA Bank” və “Xalq Bank” ən çox xalis mənfəət əldə etmiş banklardır.

Qeyd edək ki, 2016-cı illə müqayisədə ötən il zərər edən bankların sayı azalıb. Ötən ili zərər ilə bağlamış bankların bir çoxunun 2018-ci ili mənfəətlə başa vuracağı gözlənilir. Zərərdə olan banklardan bir neçəsi (“AccessBank”, “Bank Respublika”, “Bank of Baku”) kapitalın artırılacağını bəyan edərək 2018-ci ilə olduqca pozitiv yanaşdıqlarını bəyan ediblər.

Daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Adı Xalis mənfəət, manatla Xalis zərər, manatla
1. “ACCESSBANK” QSC 56 milyon 380 min
2. “AFB BANK” ASC 12 milyon 186 min
3. “AGBank” ASC 6 milyon 688 min
4. “Amrahbank” ASC 8milyon 601 min
5. “AtaBank”ASC 362,3 min
6. “Azərbaycan Beynəlxalq Bankı” ASC 806 milyon 4 min
7.”Azərbaycan Sənaye Bankı” ASC 4 milyon 357 min
8. “Azər-Türk Bank” ASC 1 milyon 144 min
9. “Bank Avrasiya” ASC 6 milyon 351 min
10. “Bank of Baku” ASC 35 milyon 428 min
11. Bank “BTB” ASC 687 min
12. “Bank Respublika” ASC 10 milyon 518 min
13. BANK SİLK VEY ASC 1 milyon 600 min
14. BANK VTB (AZƏRBAYCAN) ASC 4 milyon 753 min
15. “Expressbank” ASC 2 milyon 26 min
16. “GünayBank” ASC 4 milyon 100 min
17. ASC “XALQ” Bankı 17 milyon 606 min
18. “Kapital Bank” ASC 94 milyon 839 min
19. Melli İran Bankı Bakı filialı 6 milyon 923 min
20. “Muğanbank” ASC 6 milyon 341 min
21. “Naxçıvanbank” ASC 4 milyon 7 min
22. “NBCBank” ASC 2 milyon 914 min
23. “NİKOYL” İKB ASC 2 milyon708 min
24. Pakistan Milli Bankının Bakı Filialı 104 min 910
25. “Paşa Bank” ASC 58 milyon 994 min
26. “Rabitəbank” ASC 11 milyon 563 min
27. “TURANBANK” ASC 725 min
28. “UNİBANK” ASC 4 milyon 44 min
29. “Yapı Kredi Bank Azərbaycan” QSC 10 milyon 110 min
30. “Ziraat Bank Azərbaycan” ASC 4 milyon 63 min