“Bu beynəlxalq bəlaya qarşı səmərəli mübarizə aparmaq olar

“Bu gün Azərbaycan pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayaraq, öz töhfəsini verməkdədir. Azərbaycam qlobal səviyyədə pandemiyaya qarşı mübrizədə öz töhfəsini vermək istiqamətində çox ciddi addımlar atıb və atmaqdadır. Azərbaycan yaxşı bilir ki, ancaq beynəlxalq həmrəylik nümayiş etdirib, birgə əməkdaşlıq nəticəsində bu beynəlxalq bəlaya qarşı səmərəli mübarizə aparmaq olar. Ona görə də fəaliyyətini təkcə ölkə daxilində deyil, qlobal səviyyyədə qurub”.

 XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında deputat İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı  beynəlxalq həmrəyliyin yaradılaraq birgə mübarizə aparılması isitqamətində ciddi addımlar atıldı. “Azərbaycan ilk olaraq Ümümdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində yarım göstərdi, ardınca Türk Şurasına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşünü keçirdi. Bundan ardınca isə  daha ciddi formada beynəlxalq həmrəyliyin təmin olunması istiqamətində Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirməyə nail oldu. Bunun davamı olaraq  Azərbaycan dünyada pandemiyadan əziyyət çəkən ölkələrdə COVİD-19-a qarşı daha effektiv mübarizə aparmaq üçün ÜST daha 5 milyon dollar həcmində yardım ayırdı. Azərbaycan pandemiya çərçivəsində  10-dan çox ölkəyə yardım göstərib. Həmin ölkələrə yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərib. Bəzi ölkələrə maliyyə yardımı göstərilib. Bununla da Azərbaycan qlobal səviyyədəki problem qarşısındakı məsuliyyətini dərk edərək  fəal şəkildə  öz töhfəsini verməkdədir. Azərbaycanın bu fəaliyyəti də beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir”- İ. Məmmədov bildirib.

 Deputat əlavə edib ki,  Prezident və Birinci vitse-prezidentin istər ölkə daxilində, istərsə də qlobal müstəvidə gördüyü işlərə baxmayaraq, pandemiya təhlükəsi qalmaqda davam edir: “Ölkə rəhbərliyinin gördüyü məqsədyönlü və təxirəsalınmaz tədbirlər  nəticəsində pandemiyanı nəzarətdə saxlamaq mümkün olub və infeksiyaya yoluxma halları getdikcə azalmaqdadır. Lakin bu o demək deyil ki, təhlükə aradan qalxıb.  Cənab Prezident mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında da  çıxışı zamanı  öz narahatlılğını dilə gətirərək vətəndaşlara bir daha  çağırış etdi. Ölkə başçısı vətəndaşlara  məsuliyyətli, intizamlı olmağa,  qaydaları pozmamağa və bununla da təkcə özümüzü, yaxınlarınızı, tanışlarınızı  qorumaqla  bu bəladan az itkilərlə çıxmaqla bağlı çağırış etdi. Ölkə başçısının da qeyd etdiyi kimi  karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Prezident bəyan etdiyi kimi indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalarıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxma təhlükəsi yaşana  və bu da öz növbəsində çox acı nəticələrə gətirib çıxara bilər. Odur ki, cəmiyyət olaraq öz gələcək taleyimizə laqeyd yox, diqqətli və məsuliyyətli yanaşaq. Əgər qaydalara ciddi riayət edəriksə, qısa zamanda bu bəladan qurtula bilərik. Həyat yenidən əvvəlki kimi öz məcrasına dönə bilər. Bu bir daha deyirəm biz insanlardan asılıdır. Gəlin cəmiyyət, valdeynlərimiz, yaxınlarımız, tanışlarımız qarşısındakı məsuliyyəti dərk edərək, qaydalara riayət edək. Özümüzlə yanaşı, onların da həyatına təhlükəyə atmayaq. Əminəm ki, indiyə kimi göstərdiyimiz həmrəyliyi bundan sonra da qısa zaman davam etdirməklə üzləşdiyimiz bu çətin və mürəkkəb vəziyyətdən  uğurla çıxacağıq. Biz birlikdə bu uğura buna nail olacağıq. Gəlin indiyədək nümayiş etdirdiyimiz  birliyi  və həmrəyliyi qarşıdakı müddətdə də davam etdirərək, bu çətin durumdan birdəfəlik qurtaraq.  Çətin günün ömrü az olar deyiblər. Odur ki, ölkə başçısının bu çağırışına səs verib, onun tərafında sıx biləşib, xoş gələcəyimiz naminə qaydalara ciddi riayət etməklə, çətin günləri qısa zamanda geridə qoyaq”.