Seçkilərdə bu deputatların namizədliyi verilməyəcək-Siyahı
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi dəqiqləşəndən sonra ictimai diqqət yenidən qanunverici orqana yönəlib. Parlamentin hazırkı tərkibindən kimlərin kürsüsünü qoruyacağı, kimlərin isə bir daha mandat sahibi ola bilməyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir.
XALQ.AZ maraqlı məlumatlar əldə edib.
Parlament seçkilərində yaşlı deputatlar hakim partiya tərəfindən namizədliyi irəli sürülməyəcək. Məlumata əsasən, yaşı 70-i ötmüş parlamentarilərin əksəriyyəti bu dəfə seçkilərdə namizədliyi verilməyəcək
Qanunverici orqanın növbəti çağırışında deputat ola bilməyəcək millət vəkillərinin siyahısını təqdim edirik:
84 yaşlı Ziyad Səmədzadə namizəd olmayacağı bildirilir.
Həmçinin, 79 yaşlı Eldar İbrahimovun və 78 yaşlı Mixail Zabelinin, 74 yaşlı Elman Məmmədovda növbəti dəfə partiya tərəfindən namizədliyi irəli sürülməyəcəyi bildirilir.
Məlumata əsasən Səhiyyə komitəsinin sədri 76 yaşlı Əhliman Əmiraslanovunda partiya tərəfində namizədliyi irəli sürülməyəcəyi qeyd olunur.
77 yaşlı Sabir Rüstəmxanlı ilə bağlı da qeyri-müəyyənlik var. Bu dəfə onu xanımı, tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlı namizədliyini verəcəyi məlumatlarda bildirilir.
Bu deputatlarında- 75 yaşlı İsa Həbibbəylinin, 74 yaşlı Aqiyə Naxçıvanlının, 73 yaşlı Bəxtiyar Sadıqovun, 72 yaşlı Eldar Quliyevin, 67 yaşlı Ağalar Vəliyevində partiya tərəfindən namizədliyi verilməyəcəyi məlumatda bildirilir.
71 yaşlı Anatoliy Rafailov və 73 yaşlı Rasim Musabəyovda növbəti çağırışda seçilməyəcəyi proqnozlaşdırılır.
Həmçinin 70 yaşlı Sabir Hacıyev və Asim Mollazadənin də seçkilərdə mandat qazana bilməyəcəyi bildirilib.
Məluamata əsasən, parlamentin tərkibnindəki dəyişiklik bununla yekunlaşmayacaq.
Hazırda qanunverici orqanda təmsil olunan bu deputatlar – , Nizami Cəfərovun, Jalə Əhmədovanın, Bəxtiyar Əliyevin, Tamam Cəfərovanın, Oqtay Əsədovun, Sevinc Hüseynovanın, Nurlan Həsənovun, Elşən Musayevin, Tahir Kərimlinin, Cəbi Quliyevin, , Sədaqət Vəliyevanın və İltizam Yusifovun da növbəti dəfə deputat seçilə bilməyəcəyi vurğulanır.
Məlumatda qeyd olunur ki, ReAl-çı depuatat Erkin Qədirli ilə bağlı da qeyri-müəyyənliyin olduğunu iddia olunur Belə ki, E.Qədirlini bu dəfə Milli Məclisdə Natiq Cəfərli əvəz edə bilər.