Bu enerji içkilərinin satışı qadağan olunacaq

Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.

XALQ.AZ  xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, enerji işçilərinin Azərbaycanda tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir.

“Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi texniki şura fəaliyyətə başlayıb. Şuranın alimlərinin, ekspertlərinin və beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub”.

Sədr qeyd edib ki, hazırlanmış sənədə əsasən burada stimullaşdırıcı maddələrin adı qeyd edilib: “Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı əksini tapmış içkilər Azərbaycanda enerji işçisi hesab olunacaq. Eyni zamanda, sadəcə kofenin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur. Eyni zamanda tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil.

Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq”.

 

Orxan