Bu federasiyalar daxili məsələlərimizə qarışırlar – Araz Musayev
Muaytay – Tayboks Fedarasiyası İctimai Birliyinin iclası keçirilib.
XALQ.AZ xəbər verir ki, iclasa dövlət himni səsləndirilərək və şəhidlərin xatirəsi yad edilərək başlanılıb.
Federasiyanın prezidenti Araz Musayev iclasda Muaytay – Tayboks Fedarasiyası İB-nin Ədliyyə Nazirliyinin reyesterindən olan çıxarışını ictimaiyyətə təqdim edib.
O, digər federasiyaların Muaytay – Tayboks Fedarasiyasının daxili məsələlərinə və fəaliyyətinə müdaxilə etdiyi üçün Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyla bağlı məhkəməyə və digər aidiyyəti orqanlara müraciət etdiyini bildirib. Araz Musayev qeyd edib ki, onun bu müraciəti qəbul olunub.
“Kikboksinq Federasiyasının rəhbərliyi federasiyamızın daxilində fəaliyyət göstərən bölmələrin nizamnamə əsasında keçirdiyi şəhidlərin xatirəsinə həsr olunmuş yarışa mane törədib. Nəticədə şəhidimizin valideyni kövrələrək zalı tərk edib”, – federasiya prezidenti vurğulayıb.
İclasda, həmçinin klublara əsasnamələr təqdim olunub. Ümumilikdə 12 klub yaradılıb, yığma komandaya yeni baş məşqçi və məşqçilər təyin olunub. Eyni zamanda illik təqvim planında olan yarışların vaxtı açıqlanıb.