“Bu fürsətləri bəzi vətəndaşlar düzgün anlamadılar, vəziyyətə uyğun hərəkət etmədilər”

“Hər şey özümüzdən asılıdır”.

XALQ.AZ Bu sözləri millət vəkili Fatma Yıldırım yenidən gücləndirilmiş karantin dövrü haqda danışarkən deyib:

Fatma xanım, bütün dünya ölkələri, o cümlədən Azərbaycan koronavirusla mübarizəni davam etdirir. Virus yayılmağa başlayandan ölkəmizdə görülmüş işləri necə qiymətləndirərdiniz?

-Qeyd etdiyiniz kimi bu gün də bütün dünya ölkələrinin əsas diqqəti qlobal təhdid olan yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərinə yönəlibdir. Bu pandemiyanın öldürücü zərbələrini dəf etmək üçün dövlətlər bütün maddi-fiziki imkanlarını səfərbər edib. Azərbaycan hökuməti də bu virusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlər gördü. Vətəndaşların sağlamlığının qorunmasını hər şeydən üstün tutan Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimiz ilk günlərdən qlobal problemə operativ reaksiya verərək, mütəşəkkil və hərtərəfli qabaqlayıcı strateji plan hazırladı. Dərhal operativ qərargah yaradıldı və dövlət qurumları arasında güclü əlaqələndirmə təmin edildi, koordinasiyalı şəkildə iş aparıldı.

Ölkəmizdə 20-dan çox xəstəxana, koronavirusa yoluxan xəstələrin ixtiyarına verildi, digər ölkələrdən tibbi ləvazimatlar gətirildi. Sosial yönümlü tədbirlər həyata keçirildi, aztəminatlı ailələrə maddi yardımlar verildi, ahıl şəxslərə evlərində sosial xidmətlər göstərildi. Pandemiyanın Azərbaycanda yayıldığı ilk aylarda hökümət daim vətəndaşın yanında oldu, onun maraqlarını iqtisadi maraqlardan üstün tutdu. Eyni zamanda, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatına, 30-a yaxın ölkəyə yardım etdi. Bütün bunlar ölkəmizin insanpərvər mövqeyini dünya birliyinə nümayiş etdirdi.

Məlum olduğu kimi aprel ayının sonlarından başlayaraq karantin rejimi mərhələli şəkildə yumşaldılmağa başladı. Bu tədbirlərdə məqsəd nə idi?

Azərbaycan hökuməti virusla mübarizənin effektivliyi ilə bağlı dünya təcrübəsini diqqətlə izləyir və müvafiq təhlillər apardıqdan sonra qərarlar verir. Əksər dövlətlər kimi aprel ayının sonlarından başlayaraq karantin rejimi tədricən yumşaldılmağa və tətbiq olunan mövcud məhdudiyyətlər götürülməyə başlandı, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edildi. Burada da əsas məqsəd insanların sərbəst hərəkətinə imkan yaratmaq, müxtəlif fəaliyyəti müvəqqəti dayandırılmış sahələrin işini bərpa etmək, cəmiyyəti izolyasiyadan tədricən çıxarmaq idi. Yəni, koronavirusa qarşı mübarizə ilə paralel olaraq, həm də həyatımızı normal axarı ilə davam etdirməyə fürsətlər verildi. Yumşalma dövründə mütəmadi olaraq vətəndaşlar mütəxəssislər tərəfindən müxtəlif vasitələrlə virusdan özlərini qorumaq üçün maarifləndirilirdi. Yumşalma dövrünün bu xəstəliyin tamamilə bitməsi anlamına gəlmədiyi insanlara izah edildi. Təəssüf ki, bu fürsətləri bəzi vətəndaşlar düzgün anlamadılar, vəziyyətə uyğun hərəkət etmədilər.

Yenidəntətbiq edilən sərt karantin rejimi bu xəstəliyin qarşının alınmasında hansı əhəmiyyət kəsb edəcək?

Ölkəmizdə karantin rejiminin sərtləşdirilməsində əsas məqsəd vəziyyəti nəzarət altında saxlamaq, sürətlə artan yoluxmanın qarşısını almaqdır. İnanıram ki, bu günlərdə vətəndaşlarımız mart-aprel aylarında olduğu kimi “Evdə qal” çağırışına yenə də ciddi əməl edəcək, məsuliyyətli olacaqlar və xəstəliyin sayında kəskin azalmalar baş verəcək. Hər şey özümüzdən asılıdır, ictimai qınaq və nəzarət ilk növbədə ailədən başlamalıdır. Hər bir evdə ana yaxınlarını qorumaq üçün daimi olaraq ailə üzvlərini maarifləndirərək ictimai nəzarəti təmin etməlidir. Əvvəlki aylarda qaydalara riayət etməklə xeyli müsbət nəticələr əldə edilib. Məhz indiki günlərdə də virusla mübarizədə həmrəylik, milli birlik nümayiş etdirsək, daha az yoluxmalar olacaq, xəstəliyin qarşısı tez alınacaq və biz normal həyatımıza qayıdacağıq.

Fatma xanım, maska taxmayan, qaydaları pozan vətəndaşlara nə deyərdiniz?

Pandemiyanın nə qədər davam edəcəyi heç kimə bəlli deyil. Bu xəstəliyin müalicəsi üçün dünyada heç bir vaksin, dərman hələ də tapılmayıb. Vətəndaşlar bu bəlanın hələ bitmədiyini və maksimum dərəcədə məsuliyyətli olmağı anlamalıdırlar. Hər kəs şəxsi gigiyena qaydalarına riayət etməyi, çölə çıxanda, xüsusilə də, qapalı yerlərdə maskadan istifadə etməyi və sosial məsafəni qorumağı özlərində bir növ vərdişə çevirməlidir. Hər birimiz başa düşməliyik ki, biz bir müddət bu virusla yaşamağı öyrənməliyik. Bu sadə qaydalara əməl etməməklə biz yalnız özümüzü aldatmış oluruq. Heç bir şəxsin haqqı yoxdur ki, məsuliyyətsizlik göstərərək başqa insanı bu dəhşətli, ağır xəstəliyə yoluxdursun. Hamı dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalıdır, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Mən bir daha bütün vətəndaşlarımızı şəxsi gigiyena, tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə mümkün qədər az kontaktda olmağa çağırıram. Biz gördük ki, dünyada bir çox ölkələr sosial məsuliyyət sərgiləyərək, qaydalara ciddi yanaşaraq, Covid-19 infeksiyasına qalib gəlirlər. İnanıram ki, Azərbaycan toplumu da hələ də gec olmadan həmrəylik göstərərək ölkəmizdə mövcud vəziyyətin daha da ağırlaşmasına imkan verməyəcəklər.ün dünya ölkələri, o cümlədən Azərbaycan koronavirusla mübarizəni davam etdirir. Virus yayılmağa başlayandan ölkəmizdə görülmüş işləri necə qiymətləndirərdiniz?*Qeyd etdiyiniz kimi bu gün də bütün dünya ölkələrinin əsas diqqəti qlobal təhdid olan yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərinə yönəlibdir. Bu pandemiyanın öldürücü zərbələrini dəf etmək üçün dövlətlər bütün maddi-fiziki imkanlarını səfərbər edib. Azərbaycan hökuməti də bu virusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlər gördü. Vətəndaşların sağlamlığının qorunmasını hər şeydən üstün tutan Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimiz ilk günlərdən qlobal problemə operativ reaksiya verərək, mütəşəkkil və hərtərəfli qabaqlayıcı strateji plan hazırladı. Dərhal operativ qərargah yaradıldı və dövlət qurumları arasında güclü əlaqələndirmə təmin edildi, koordinasiyalı şəkildə iş aparıldı.
Ölkəmizdə 20-dan çox xəstəxana, koronavirusa yoluxan xəstələrin ixtiyarına verildi, digər ölkələrdən tibbi ləvazimatlar gətirildi. Sosial yönümlü tədbirlər həyata keçirildi, aztəminatlı ailələrə maddi yardımlar verildi, ahıl şəxslərə evlərində sosial xidmətlər göstərildi. Pandemiyanın Azərbaycanda yayıldığı ilk aylarda hökümət daim vətəndaşın yanında oldu, onun maraqlarını iqtisadi maraqlardan üstün tutdu. Eyni zamanda, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatına, 30-a yaxın ölkəyə yardım etdi. Bütün bunlar ölkəmizin insanpərvər mövqeyini dünya birliyinə nümayiş etdirdi.

Məlum olduğu kimi aprel ayının sonlarından başlayaraq karantin rejimi mərhələli şəkildə yumşaldılmağa başladı. Bu tədbirlərdə məqsəd nə idi?

Azərbaycan hökuməti virusla mübarizənin effektivliyi ilə bağlı dünya təcrübəsini diqqətlə izləyir və müvafiq təhlillər apardıqdan sonra qərarlar verir. Əksər dövlətlər kimi aprel ayının sonlarından başlayaraq karantin rejimi tədricən yumşaldılmağa və tətbiq olunan mövcud məhdudiyyətlər götürülməyə başlandı, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edildi. Burada da əsas məqsəd insanların sərbəst hərəkətinə imkan yaratmaq, müxtəlif fəaliyyəti müvəqqəti dayandırılmış sahələrin işini bərpa etmək, cəmiyyəti izolyasiyadan tədricən çıxarmaq idi. Yəni, koronavirusa qarşı mübarizə ilə paralel olaraq, həm də həyatımızı normal axarı ilə davam etdirməyə fürsətlər verildi. Yumşalma dövründə mütəmadi olaraq vətəndaşlar mütəxəssislər tərəfindən müxtəlif vasitələrlə virusdan özlərini qorumaq üçün maarifləndirilirdi. Yumşalma dövrünün bu xəstəliyin tamamilə bitməsi anlamına gəlmədiyi insanlara izah edildi. Təəssüf ki, bu fürsətləri bəzi vətəndaşlar düzgün anlamadılar, vəziyyətə uyğun hərəkət etmədilər.

Yenidən tətbiq edilən sərt karantin rejimi bu xəstəliyin qarşının alınmasında hansı əhəmiyyət kəsb edəcək?

Ölkəmizdə karantin rejiminin sərtləşdirilməsində əsas məqsəd vəziyyəti nəzarət altında saxlamaq, sürətlə artan yoluxmanın qarşısını almaqdır. İnanıram ki, bu günlərdə vətəndaşlarımız mart-aprel aylarında olduğu kimi “Evdə qal” çağırışına yenə də ciddi əməl edəcək, məsuliyyətli olacaqlar və xəstəliyin sayında kəskin azalmalar baş verəcək. Hər şey özümüzdən asılıdır, ictimai qınaq və nəzarət ilk növbədə ailədən başlamalıdır. Hər bir evdə ana yaxınlarını qorumaq üçün daimi olaraq ailə üzvlərini maarifləndirərək ictimai nəzarəti təmin etməlidir. Əvvəlki aylarda qaydalara riayət etməklə xeyli müsbət nəticələr əldə edilib. Məhz indiki günlərdə də virusla mübarizədə həmrəylik, milli birlik nümayiş etdirsək, daha az yoluxmalar olacaq, xəstəliyin qarşısı tez alınacaq və biz normal həyatımıza qayıdacağıq.

Fatma xanım, maska taxmayan, qaydaları pozan vətəndaşlara nə deyərdiniz?

Pandemiyanın nə qədər davam edəcəyi heç kimə bəlli deyil. Bu xəstəliyin müalicəsi üçün dünyada heç bir vaksin, dərman hələ də tapılmayıb. Vətəndaşlar bu bəlanın hələ bitmədiyini və maksimum dərəcədə məsuliyyətli olmağı anlamalıdırlar. Hər kəs şəxsi gigiyena qaydalarına riayət etməyi, çölə çıxanda, xüsusilə də, qapalı yerlərdə maskadan istifadə etməyi və sosial məsafəni qorumağı özlərində bir növ vərdişə çevirməlidir. Hər birimiz başa düşməliyik ki, biz bir müddət bu virusla yaşamağı öyrənməliyik. Bu sadə qaydalara əməl etməməklə biz yalnız özümüzü aldatmış oluruq. Heç bir şəxsin haqqı yoxdur ki, məsuliyyətsizlik göstərərək başqa insanı bu dəhşətli, ağır xəstəliyə yoluxdursun. Hamı dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalıdır, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Mən bir daha bütün vətəndaşlarımızı şəxsi gigiyena, tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə mümkün qədər az kontaktda olmağa çağırıram. Biz gördük ki, dünyada bir çox ölkələr sosial məsuliyyət sərgiləyərək, qaydalara ciddi yanaşaraq, Covid-19 infeksiyasına qalib gəlirlər. İnanıram ki, Azərbaycan toplumu da hələ də gec olmadan həmrəylik göstərərək ölkəmizdə mövcud vəziyyətin daha da ağırlaşmasına imkan verməyəcəklər.