Bu günədək 200-ə yaxın video araşdırmışıq – MSK

msk iclas

Biz dəfələrlə demişik ki, seçicisinin harada qeydiyyatda olması qanun pozuntusu deyil. Seçicinin qeydiyyatda olmadığı seçki məntəqəsində səs verməsi qanun pozuntusudur.

XALQ.AZ xəbər verir ki, bunu MSK-nın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, MSK sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatları araşdırır. Onun sözlərinə görə, araşdırmalarda sosial şəbəkələrin böyük rolu var:

“Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır”.

MSK üzvü Rövzət Qasımov isə indiyədək 200-ə yaxın video araşdırdıqlarını bildirib.