“Bu gün ən aktual məsələlərdən biri də aliment problemidir”

Bu sənəddə pay torpağı ilə bağlı hissəyə yenidən baxmaq lazımdır”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, bu gün həyat yoldaşını itirmiş, ailəsi dağılmış qadınların məsələsinə daha çox diqqət yetirmək lazımdır: “Bu gün ən aktual məsələlərdən biri də aliment problemidir”.Paşayeva onu da əlavə edib ki, 190 manat birdəfəlik ödənişin avqust ayında da verilməsi yaxşı olardı.