Bu gün 57 sahibkara 570 min manat ödənilib

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Dövlət Agentliyində “Diqlas” ticarət mərkəzinin yanması nəticəsində zərərçəkmiş bir qrup sahibkarla görüşüb.
XALQ.AZ  xəbər verir ki, nazir onlara bank kartlarını təqdim edib. Kart alan 57 sahibkara 570 min manat ödənilib.

Görüş zamanı çıxış edən nazir bildirib ki, gələn həftənin sonuna kimi maddi yardım bütün sahibkarlara veriləcək. Ş.Mustafayev qeyd edib ki, 441 sahibkar qəbul edilib, onların ziyanla bağlı müraciətləri dinlənilib.

Qeyd edək ki, martın 26-da Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.

Orxan

Comments are closed.