Bu gün AŞPA-nın payız sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

XALQ.AZ xəbər verir ki, bu il sessiya Avropa Şurasının 70 illiyinə həsr olunub və Assambleyanın sabiq sədrlərinin iştirakı ilə keçiriləcək.

Oktyabrın 1-də Fransa Prezidenti Emmanuel Makron nitq söyləyəcək və AŞPA deputatlarının suallarını cavablandıracaq.

Milli Məclisin deputatları sessiya zamanı çıxış edəcəkmüzakirə olunan məsələlər barədə fikirlərini bölüşəcəklər.

Sessiya iştirakçıları Krım tatarlarıŞərqi Avropadakı iqlim qaçqınları və əmək miqrasiyası məsələlərini müzakirə edəcəklər.

Gündəliyə həmçinin Moldovada demokratik təsisatların fəaliyyətinə dair hesabatın, Şimali Makedoniya ilə monitorinqdən sonrakı dialoqun müzakirəsi daxildir.

Sessiya oktyabrın 4-də başa çatacaq.