Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq

Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

XALQ.AZ xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

7 turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya – 12, 2 – 4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6 – 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya – 9 xal.

Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3 – 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan – 10, 6 – 8. Fransa, İtaliya, Türkiyə – 9 xal.