“Bu gün biz qürurla söyləyə bilərik ki…”

“Milli Məclisin növbədənkənar sessiyasında 8 iclas keçirilib”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu dövrdə Milli Məclisin beynəlxalq əlaqələri ilə bağlı zəruri tədbirlər həyata keçirilib: “İnanıram ki, bu işlər gələn sessiya üçün də uğurlu olacaq. Bu gün biz qürurla söyləyə bilərik ki, Azərbaycan xalqının dərin parlamentarizm ənənələri var”.