Bu gün ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün şərtlər var

“Azərbaycana beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların, oyunlarının etibar edilməsi dünyanın ölkəmizə olan güvənindən qaynaqlanır. Azərbaycanda sabitlik var. Güclü iqtisadiyyata malik dövlətik. Azərbaycan dünyada böyük nüfuz sahibidir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin apardığı düşünülmüş, uzaqgörən, eyni zamanda uğurlu siyasətin nəticəsidir. Ölkə başçısının yürütdüyü siyasətin, Azərbaycanda aparılan iqtisadi-sosial islahatların nəticəsidir ki, bu gün dövlətimizin göstəriciləri beynəlxalq tədbirlərin və yarışların keçirilməsi üçün bütün şərtlərə cavab verir”.

Bunu   açıqlamasında millət vəkili Dilarə Cəbrayılova deyib. Millət vəkili bildirib ki, artıq uzun illərdir beynəlxalq təşkilatlar böyük formların, yarışların keçirilməsi üçün Azərbaycanı məkan olaraq seçirlər. Bu, Azərbaycana olan sonsuz güvənin nəticəsidir:

“Bütün bunlara baxmayaraq, bəzi qara qüvvələr ölkəmizlə bağlı əks kampaniyalar aparmağa başlayırlar. Dövlətimizin imicinə zərbə vurmağa çalışırlar. Mayın 29-da UEFA Avropa Liqasının final mərhələsinin Bakıda çox yüksək səviyyədə olması bir daha göstərdi ki, aparılan qara kampaniyalara baxmayaraq, Azərbaycan yarışa çox yüksək səviyyədə təşkilatçılıq etdi. Ortaya iş qoydu. Həmin qara kampaniyalara öz işi ilə cavab verdi. Bu bir daha onu göstərir ki, Azərbaycan dövlətinin başçısı çox düzgün və düşünülmüş siyasət yürüdür. Məhz buna görə də beynəlxalq əhəmiyyətli yarışlar çox yüksək səviyyədə keçirilir. Bilirsiniz, bizə inam olmasa, bizi dürüst, inanılmış tərəfdaş kimi görməsələr heç vaxt bu cür mötəbər yarışları bizə etibar etməzlər. Onlar yaxşı bilirlər ki, Azərbaycan sabit dövlətdir. Dünya ölkələri arasında özünə xüsusi yer edib. İnkişaf etməkdə olan dövlətlər içərisində xüsusi çəkiyə malikdir. Regionda sözünü deyən bir dövlətdir. Ona görə də dünya ölkələri, beynəlxalq təşkilatlar bu cür mötəbər yarışların Azərbaycanda keçirilməsini istəyirlər. Heç şübhəsiz ki, bütün bunlar ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.