Bu gün məhərrəm ayı başladı

855

 

Məhərrəm ayının, həmçinin Hicri-Qəməri təqvimlə 1435-ci ilin ilk günüdür. ANS PRESS-in xəbərinə görə, Məhərrəm ayının başlaması ilə bağlı fətva verən Qafqaz Müsəlmanları İdarəsinin Qazılər Şurası noyabrın 4-də ayın başlayacağını açıqlayıb.

Hicri təqvimi öz başlanğıcını İslam peyğəmbəri həzrəti Məhəmmədin (ə.s.) Məkkə şəhərindən Mədinəyə hicrət etməsi (köçməsi) tarixindən alır. Bu təqvim ilk dəfə hicrətin 17-ci ilində II xəlifə Ömər tərəfindən elan edilib. Bu təqvimin ilk ayı olan məhərrəmin 10-da isə müsəlmalar üçün əlamətdar olan peyğəmbər nəvəsi həzrəti Hüseynin (ə.s.) şəhadət günü olan Aşura (ərəbcə on) günü var.

Bu ilin Aşura günü isə 14 noyabr cüməaxşamı gününə təsadüf edəcək.

Xatırladaq ki, ötən gün Hicri təqvimi ilə 1434-cü ilin son günü, bu gün isə 1435-ci ilin ilk günüdür.