Bu gün “Maşın şou” başlayır – ADLAR

Azərbaycan teleməkanının ən populyar şoularından olan “Maşın” realiti-şousu efirə qayıdır.

XALQ.AZ xəbər verir ki, xalq artisti, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti-şousunun növbəti buraxılışı bu gündən etibarən yenə də  ATV-də ekranlara çıxacaq.

“Xanımlar və cənablar 2” adlanan  şou  “Maşın”ın 16-cı buraxılışı olacaq. Həmişə olduğu kimi bu dəfə də “Maşın”da  18 tanınmış sima mübarizə aparacaq.

Şounun iştirakçıları ilə bağlı müəyyən fikirlər mövcuddur. Qeyd edilir ki, iştirakçılar arasında  meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə, müğənni Damla,  Şəbnəm Tovuzlu, “Eurovision 2012” təmsilçimiz Dilarə Kazımova, aparıcılar Firuzə Cəlilova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, müğənni və aktrisa Ruhəngiz Musəvi, “Qurd” ləqəbi ilə tanınan Fərid Eminov, Murad Arif, müğənni Vasif Əzimovun adları var.

Şou hər axşam saat 22:15-də yayımlanacaq.

Xatırladaq ki,  “Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale “Nissan Altima” avtomobilinə sahib olub.

 

 

Orxan