Bu gün Rafet El roman sumqayıtda konsert verəcək

009

 

Sumqayıtda “Şəhər günü” münasibəti ilə bayram tədbiri keçiriləcək. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə “şəhər günü” bayram tədbirləri qədim Corat kəndindən başlayacaq və Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdiriləcək.

Tədbirdə xarici dövlətlər və Azərbaycanın bölgələrindən dəvət olunmuş çoxlu sayda qonaqlar və musiqi kollektivlərinin iştirakı da gözlənilir.

Rusiyanın Sankt-Peterburq şəhərinin “Barabançı qızlar”ının çıxışlarının da nümayiş etdiriləcəyi bayram konsertində hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, həmçinin, qırıcı təyyarələrin möhtəşəm avia-şousu təqdim olunacaq.

“Şəhər günü” bayramı axşam saatlarında məşhur türk müğənnisi Rafet El Romanın konserti ilə davam edəcək və bayram konsertinin sonunda gələn qonaqlar üçün möhtəşəm atəşfəşanlıq olacaq.